Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
<>
Hər növ keyfiyyətli elektronik avadanlıqların yalnız bircə ünvanı Ağa Electronics.Qulaqcıqlar,Mauslar,Music Playerlər,Poverbanklar, Action və Obyekt kameraları daha nələr-nələr.Keyfiyyətli bütün malları Ağa Electronicsdən əldə edə bilərsiniz! Ünvan: 28 may küçəsi 78b Əlaqə: (+99455)9700007 @aga.electronics @aga.electronics @aga.electronics
Əlaqə üçün: (+99455)9700007 (WhatsApp) ➡@aga.electronics
“5 milyardı “yeyiblər”, TƏXRİBAT versiyası da var” - Mütəxəssisdən işıq böhranı ilə bağlı ilginc açıqlamalar
Tarix: 4-07-2018, 13:13 | Saat: 15:47:00
Bölmə:M / Karusel / İqtisadiyyat / Müsahibə | çapa göndər



Bu gecə Mingəçevirdə yerləşən Azərbaycan İstilik Elektrik Stansiyasında baş verən problem səbəbindən bütün ölkənin işıqsız qalması günün əsas mövzusudur. Aidiyyəti qurumlardan bununla bağlı açıqlamalar verilsə də, hələ ki, heç bir məsul şəxs ictimaiyyəti məlumatlandırmayıb. Bütün səlahiyyətli şəxslərin susması isə sualları bir az da artırır. 

Mingəçevirdə əslində, nə baş verib? Günahkar kimlərdir?

BakuPost-un əməkdaşı məsələ ilə bağlı bəzi suallara cavab tapmaq üçün enerji məsələləri üzrə ekspert İlham Şabana müraciət edib:

-İlham müəllim, aidiyyəti qurumlar, səlahiyyətli şəxslər həmişə açıqlamalarda Azərbaycanda enerji təhlükəsizliyinin yüksək səviyyədə təmin olunmasından danışır. Lakin bircə hadisə ilə illərdir, səslənən fikirlərin həqiqiliyinə kölgə saldı. Siz necə düşünürsünüz, əslində, nə baş verdi? 

-Bu gecəki hadisə Azərbaycanın məhz TANAP vasitəsilə öz qazını Türkiyə bazarına kommersiya satışına başlamasıyla bağlı bp şirkətinin rəsmi açıqlama yayması ərəfəsində baş verdi. Bununla bağlı böyük bir ruh yüksəkliyi yaşanırdı. Xarici və regional bazarlarda öz sözümüzü deməyə başlayırdıq ki, Azərbaycan artıq böyük qazını bazarlara çıxarır və digər ölkələrin enerji təhlükəsizliyinə öz töhfəsini verir. Elə həmin günün axşamı belə hadisə baş verdi.
 
Düzdür, məmurlar hadisəni təbiət faktorunun üstünə atırlar. Təbiət faktorunun üzərinə bir dəfə yıxmaq olar. Necə ki, 2002-ci ildə bu baş vermişdi. Lakin bunu dəfələrlə etmək mümkün deyil. Məsələ ondadır ki, "Azərenerji”nin rəsmi saytında qeyd olunur ki, onların balansında 36 elektrik stansiyası var. Bunlar su, istilik elektrik stansiyaları və dağlarda quraşdırılmış kiçik su elektrik stansiyalarından ibarətdir. Bəs necə oldu? Bircə hadisə ilə bütün ölkə necə işıqsız qaldı? Axı illərdir, Azərbaycan elektroenergetika sahəsinə investisiyalar yatırır. Məlum hadisədən 16 saatdan çox vaxt keçib, amma dəqiq bir məlumat yoxdur ki, bilək bu hadisə nədən baş verib. Energetika Nazirliyi və "Azərenerji”nin birgə məlumatı var idi. Orada qeyd olunurdu ki, hadisəyə səbəb Mingəçevirdəki İstilik Elektrik Stansiyasında olan problemdir. Sonradan "Azərenerji”nin mətbuat katibi qeyd etdi ki, oradakı yarımstansiyada problem olub. Hər bir qurum açıqlama yayır, amma məlum deyil ki, reallıqda nə baş verib. Hadisə bir blokdamı olub? Mingəçevirdəki İES 8 blokdan ibarətdir. Onun bir blokunda nəsə olub? Yaxud ordan çıxan enerjinin ölkə ərazisinə paylanması üçün yüksək gərginlikli xətlərdəmi nəsə baş verib? Tutaq ki, orada hər hansı hadisə olub. Bəs bu ona dəlalət edirmi ki, bütün ölkə işıqsız qalmalıdır? "Azərenerji” özü də qeyd edir ki, bunun 36 elektrik stansiyası var.
 
-Elektroenergetika sahəsinə investisiya yatırılmasından danışdınız. Konkret rəqəmlər varmı? Azərbaycan, yaxud "Azərenerji” elektroenerji sahəsinə neçə müddətə nə qədər pul vəsaiti xərcləyib?

-Deyə bilərəm ki, ötən 16 il ərzində Azərbaycan özünün elektrik energetikası sahəsinə neft gəlirlərindən kifayət qədər investisiya edib. Xüsusilə vurğulamaq istəyirəm ki, bu, "Azərenerji”nin qazandığı vəsaitlə yox, məhz neft gəlirləri hesabına edilən investisiyalardır. Azərbaycan hökuməti və dövlətinin qarantı, "Azərenerji”nin götürdüyü kreditlər hesabına bu stansiyalar tikilib. Yeni infrastrukturlar yaradılıb. Yarımstansiyalar tikilib. Rəsmi rəqəmlərə görə, elektroenergetika sahəsinə təxminən 5 milyard manat investisiya yatırılıb. Təkcə Abşeron yarımadasında 1400 meqavatlıq güc var. Bəs bu elektrik stansiyaları Bakı ətrafında niyə tikilib? Yenə də qeyd edirlər ki, tikmək lazımdır. Belə çıxır ki, tikmək adıyla o vəsaitləri bir qrup insan mənimsəyir. Bütün güc də Mingəçevir İES-ə düşür.

-İlham müəllim, deyək ki, Azərbaycan İES-də problem olub və bura bağlı rayon, şəhərlərdə elektrik kəsilib. Bəs Şirvanda da İES var axı. Ona bağlı rayonlarda elektrik enerjisi niyə kəsilib?

-Bəli, Şirvandakı 800 meqavatlıq elektrik stansiyasıdır. Sonuncu tikilmiş, Qafqazdakı ən böyük modern İES-dir. Amma mən bu suala cavab verə bilmərəm ki, bura bağlı rayonlarda işıq niyə sönüb.

Çünki "Azərenerji”nin adı Açıq Səhmdar Cəmiyyətidir. Mən enerji sahəsində ekspertəm. Sonuncu dəfə isə o qurumun qapısını Etibar Pirverdiyev ora rəhbər gəlməmişdən qabaq açıb girmişəm. Yəni 17 ildir, mən ora daxil olmamışam. Mən əvvəl ora gedib baş mühəndislə də, iqtisadiyyat üzrə müavinlə də, mütəxəssislərlə də görüşürdüm, məlumat alırdım. İndi isə orada nə baş verdiyinə dair heç bir sualı şərh edə bilmirəm. 

Ölkədə belə ciddi bir hadisə baş verib. "Azərenerji”nin məsul şəxsləri hamısı bu dəqiqə efirdə olmalı, cəmiyyətə məlumat verməlidirlər. Yarım sutkadan artıq vaxt keçib və bunu təbiətin boynuna atırlar. Onda isti ölkələrdə neyləsinlər? Partlasınlar? Niyə Türkmənistanda belə hadisə olmur? Elə şeylər danışsınlar ki, sonradan insanlar onlara gülməsin. 

-Deyirlər ki, qəza yarımstansiyanın soyutma sistemlərində yaranan nasazlıqla əlaqədardır. Havaların kəskin isti keçməsi həmin soyutma sistemlərinin fəaliyyətinə mənfi təsir göstərib. Sinoptiklər isə neçə gündür, anomal istilərlə bağlı xəbərdarlıq edir. Bəs bu stansiyalarda, yarımstansiyalardakı qurğuların, soyutma sistemlərinin niyə gücü çatmayıb? Demək olarmı ki, avadanlıqlar keyfiyyətsiz olub, yaxud kifayət qədər olmayıb?

-Əvvəla, Maliyyə Nazirliyi hər il dövlət büdcəsindən "Azərenerji”yə ayrılmış pulu təmin edir və hər ayırdığı vəsaitə görə onun yoxlanmasını təşkil edir. İkincisi, dövlətin özünün nəzarətedici orqanı var. O orqan ki, parlament qarşısında hesabat verir. Söhbət Hesablama Palatasından gedir. Bunlar məsələ ilə bağlı öz rəylərini bildirməlidirlər. Aşkarlanmalıdır ki, avadanlıqlar haradan alınıb, necə alınıb. Elə qonşu ölkə təcrübələrinə baxıb o cür addımlar atmalıdırlar. Bizdə energetikaya cavabdeh şəxs Yaqub Eyyuovdur. Yaqub müəllim ölkədə enerji ilə bağlı bütün komissiyaların sədridir. Ancaq biz onun bir yerdə bu məsələ ilə bağlı operativ şərhini görmüşükmü? Yaxud Yaqub müəllim çıxıb ictimaiyyətə məlumat veribmi? Hökumətə məruzə edibmi? Sanki müəyyən müddət bu hadisələr uzadılır. Ondan sonra bitir.

-Bu hadisənin Azərbaycanın TANAP vasitəsilə öz qazını Türkiyə bazarında kommersiya satışına başlaması ilə bağlı məlumatın yayıldığı gün baş verdiyini qeyd etdiniz. Sizcə, bu təsadüfdür? Bir elektrik stansiyasının işini dayandırması üçün bir ustanın da əməli kifayət edər. Məsələdə insan faktorunun araşdırılması, təxribat versiyasının yoxlanılması üçün cinayət işi qaldırılmalıdırmı?

-Əlbəttə. Adi bir nəfərə 1000 manat borcun olanda belə ona cinayət işi qaldırırlar. Bu məsələylə də bağlı gərək, hökumət hesabat verə. Hər şeydə real hesabatlılıq olmalıdır. Ancaq bunu günəşə, istiliyə, təbiətə, oda-alova bağlamaq düzgün deyil. İkinci tərəfdən, sabah ildırım çaxa bilər. Azərbaycanda heç vaxt 10 dərəcədən çox şaxta olmur. Birdən düşdü 20 dərəcə oldu. Yenə ölkə işıqsız qalacaq? Əvvəl deyirdilər istiyə dözmürdü, indi də deyəcəklər ki, soyuğa dözmür. Hər şeyin normativ sənədə uyğun texniki istismarı olmalıdır. 

O biri stansiyalarda işləyən insanların sosial şəbəkələrdə yazdıqlarına baxın. Deyirlər, guya digər stansiyalarda vəziyyət ürəkaçandır ki? Ona görə də bu amillərin, versiyaların hər birinin üzərində dayanılmalı, araşdırma aparılmalıdır.

Bu hadisə göstərdi ki, alternativ enerji mənbəyi məsələsinin qabardılmasının vaxtı çatıb. Bəs dövlətmi nəsə etməlidir? Yoxsa əhali özü günəş panellərindən, alternativ enerji mənbələrindən istifadə etməyə başlamalıdır?

Bu ikitərəfli olmalıdır. Həm insanlar təşəbbüs göstərməlidir, həm də dövlətin özünün marağında olmalıdır. Əgər qərbdə, Avropada dövlət maraq göstərib o sahəyə subsidiya ayırmasaydı, alternativ energetika insanlar üçün bu qədər əlçatan olmazdı. Bizdə alternativ enerjiyə, innovativ texnologiyaya dövlət tərəfindən heç bir qayğı göstərilmir. Alternativ enerji, innovativ texnologiya deyəndə nəyi nəzərdə tuturam? Adicə baxın led lampalara. Led lampaların 5 vvatla çox gözəl işıqlandırma qabiliyyəti var. Amma bahalıdır axı. Qiyməti 5 manatdır. Görün Azərbaycan hökuməti neftin 80 dollar olduğu belə bir vaxtda, qaz vurub, qazan doldurduğu dövrdə bu məsələlərin üstünə gəlirmi? Həmçinin Dövlət Gömrük Komitəsi. DGK led lampaların idxal vergisini ləğv eləmir. Azərbaycan hökuməti bununla acından öləcək? Ölkənin təkcə müəyyən hissəsi 60-lıq, 40-lıq lampalardan imtina edib, led lampalara keçsə, görün nə qədər elektrik enerjisinə qənaət olar. Minlərlə misal gətirmək olar. Havadan enerji alınması əlçatan olsa, görün nə qədər qaz və elektrik enerjisi ölkəyə qalar. Bu qalan qaz və elektrik enerjisini də xaricə satıb, pul qazanmaq olar. Bütün bunlar tətbiq edilməli, insanlara aşılanmalıdır. İnsanların məişətinə daxil olmalıdır. Dövlət hər şeydən pul qazanmaq siyasəti güdsə, həmin texnologiyalar Azərbaycana 50 ildən sonra da gəlməyəcək.
 


5188 dəfə oxunub.
<>
Hər növ keyfiyyətli elektronik avadanlıqların yalnız bircə ünvanı Ağa Electronics.Qulaqcıqlar,Mauslar,Music Playerlər,Poverbanklar, Action və Obyekt kameraları daha nələr-nələr.Keyfiyyətli bütün malları Ağa Electronicsdən əldə edə bilərsiniz! Ünvan: 28 may küçəsi 78b Əlaqə: (+99455)9700007 @aga.electronics @aga.electronics @aga.electronics
Əlaqə üçün: (+99455)9700007 (WhatsApp) ➡@aga.electronics

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
Adınız:*
E-Mail:
Şərhiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:
23-13+5=
Cavabınız:*
 

Anket

XƏBƏRAZ.AZ-ı Daha Çox Hansı Sosial Şəbəkələrdən İzləyirsiniz?

 
18-07-2018
bütün xəbərlər
«    İyul 2018    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
____ Instagram ___