Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Prezidentdən düşmənə açıq mesaj: Bütün strateji hədəfləri...
Tarix: 26-06-2018 | Saat: 15:31
Bölmə:M / Karusel / Siyasət / Qarabağdan xəbər var | çapa göndər



Prezident, Ali Baş Komandanın "Biz elə bir güclü Ordu yaratmışıq ki, düşmənin bütün strateji hədəflərini məhv etməyə qadirdir" sözü paradda təsadüfən səsləndirilmədi. Ordumuz cəbhədə bütün nöqtələrdə mövqe üstünlüyünü tam təmin edib.
Bunu  açıqlamasında sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq bildirib ki, xüsusən də raket artilleriya qoşunları və xüsusi təyinatlıların təmas xəttinə cəlb edilməsi Prezidentin Ordu qarşısındakı yeni tapşırığından xəbər verir:
“Çünki xüsusi təyinatlılar yalnız onların qarşısında xüsusi vəzifələr qoyulduğu zaman səfərbər edilir. İndi isə Azərbaycan Ordusunun bütün elit və xüsusi təlim keçmiş dəstələri ən həssas nöqtələrdə keşik çəkir. Döyüş texnikasının ən yeni növləri də bu hissələrə səfərbər edilib. Əgər buna qədər Azərbaycan lokal əməliyyatlar aparıb müəyyən əraziləri geri qaytarırdısa, indi Ordumuzun qarşısına daha böyük məqsədlər qoyulub. Bu məqsədlər düşmən cəbhəsini bir neçə xətdə yarmaq, ermənilərin içərilərinə doğru irəliləmək və ən azından Dağlıq Qarabağ bölgəsində və onun hüdudlarından kənarda zəbt edilmiş torpaqlarımızın böyük bir hissəsini geri qaytarmaqdan ibarətdir. Zənnimcə, Azərbaycan Ordusu qarşısına çox böyük və taleyüklü vəzifələr qoyub və bunları da yerinə yetirmək üçün lazımı müasir silahlara və hərbi amillərə malikdir. Üstəlik, Azərbaycan tərəfi beynəlxalq durumu və Rusiya ilə münasibətləri nəzərə alır. Belə olan halda situasiya ordumuzun xeyrinə dəyişə bilər. Nəticədə Dağlıq Qarabağ və onun ətrafındakı rayonların azad edilməsi istiqamətdə üstünlük qazana bilərik. Bunu ehtiyatda olan bir zabit kimi deyirəm və hesab edirəm ki, Azərbaycan Ordusu qarşısına qoyduğu vəzifələri həyata keçirmək gücündədir”.
Politoloq vurğulayıb ki, 26 iyundan sonra Azərbaycanın və eləcə də ordumuzun döyüş əhval-ruhiyyəsi xeyli yüksələcək:
“Bununla da qarşıda Azərbaycan Ordusunun uğurunun şəksiz olacağı qənaətindəyəm. Ordumuzun bu əməliyyatları Azərbaycan prezidentinin 30 avqustda Rusiya prezidenti ilə görüşünə qədər, yaxud da bu görüşdən sonra da ola bilər. Vaxt Ermənistanın özünü necə aparacağından asılıdır. Azərbaycan Ordusu bölgədəki hərbi vəziyyətə tam nəzarət edir, düşmənin bütün döyüş qruplaşmalarının yerləşdiyi sahələr tərəfimizdən xəritələşdirilib, hətta həmin qruplaşmaların cüzi yerdəyişmələri belə ordumuzun müxtəlif qurumları tərəfindən izlənilir və qeydə alınır. Ali Baş Komandan paraddakı çıxışında açıq mətnlə bir daha dedi ki, bir gün hərbçilərimiz ermənilərin torpaqlarımızda qazdıqları səngərlərdə xidmət edəcəklər. Bu o deməkdir ki, Ordumuz tam hazırdır və prezidentin "Vur!” əmrini gözləyir. Əminəm ki, Ordumuz Ali Baş Komandanın bu tapşırığını qısa müddətdə yeni zəfərlərlə tamamlayacaq”.


Xəbəri paylaş

5798 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___