Seçiciləri Jalə Əliyevanın fikirlərini dəstəkləyir,amma...
Tarix: 25-06-2018 | Saat: 17:02
Bölmə:M / Karusel / Gündəm / Aktual | çapa göndər
Faktinfo.az-a daxil olan məlumata görə, Jalə Əliyevanın deputat seçildiyi 92 saylı Zərdab-Ucar Seçki dairəsinin seçiciləri onun bu fikirlərini yüksək qiymətləndirsələr də, narazılıqlarını da dilə gətiriblər. Onlar bildiriblər ki, bu cür dəyərli fikirlər səsləndirmək təqdirəlayiq hal olsa da, yaxşı olar ki, Jalə Əliyeva son parlament seçkiləri ərəfəsində verdiyi vədləri də yada salsın. O vaxt nələr deyilmirdi? Vəd edilirdi ki, əgər J.Əliyeva millət vəkili seçilsə, sözügedən ərazidə bütün sosial problemlərin həllinə çalışacaq , işıq, qaz,içməli su, yol kimi problemlərin aradan qaldırılması üçün əlindən gələni edəcək.
Faktinfo.az-a daxil olan məlumatda o da bildirilir ki, həmin vaxtdan illər keçsə də, heç nə dəyişməyib. Sadalanan problemlərin həllinə cəhd belə göstərilməyib, hansısa dövlət qurumu qarşısında məsələ qaldırılmayıb. Yəni deyilənlər elə vəd olaraq qalıb.
İndi 92 saylı Zərdab-Ucar seçki dairəsinin seçiciləri növbəti parlament seçkilərini səbirsizliklə gözləyirlər. Çünki, növbədənkənar parlament seçkiləri keçirilməyəcəyi təqdirdə, yəni ən geci 2020-ci ilin payızında Jalə Əliyeva yenidən seçicilərin qarşısına çıxmaq məcburiyyətində qalacaq. Ona görə də J.Əliyevanın bu dəfə seçicilərin üzünə necə baxacağının, növbəti dəfə hansı vədlər veriləcəyinin maraqla gözlənilməsibaşadüşüləndir.
Faktinfo.az
Xəbəri paylaş
8328 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 25-06-2018 | Saat: 17:02
Bölmə:M / Karusel / Gündəm / Aktual | çapa göndər
Millət vəkili Jalə Əliyevanın toylarda səslənən musiqi, eləcə də bəylə gəlinin davranışı ilə bağlı açıqlaması geniş ictimaiyyət, xüsusən də 92 saylı Zərdab-Ucar Seçki Dairəsinin seçiciləri tərəfindən əməlli-başlı dəstəklənib.
Xatırladaq ki, Jalə Əliyeva hazırda Azərbaycan toylarında mövcud olan bəzi neqativ halları pisləyib və bildirib ki, toyun əvvəlində bəylə gəlin salona daxil olarkən əcnəbi musiqinin – “Vals”ın səsləndirilməsi, həmçinin ,gəlinin açıq-saçıq geyinməsi xoşagələn hal deyil. Yaxşı olar ki, “Vals" əvəzinə, doğma musiqimiz olan “Vağzalı” səslənsin, bəylə gəlin isə milli mentalitetimizə hörmət əlaməti olaraq özlərini mümkün qədər ağır aparsınlar.Faktinfo.az-a daxil olan məlumata görə, Jalə Əliyevanın deputat seçildiyi 92 saylı Zərdab-Ucar Seçki dairəsinin seçiciləri onun bu fikirlərini yüksək qiymətləndirsələr də, narazılıqlarını da dilə gətiriblər. Onlar bildiriblər ki, bu cür dəyərli fikirlər səsləndirmək təqdirəlayiq hal olsa da, yaxşı olar ki, Jalə Əliyeva son parlament seçkiləri ərəfəsində verdiyi vədləri də yada salsın. O vaxt nələr deyilmirdi? Vəd edilirdi ki, əgər J.Əliyeva millət vəkili seçilsə, sözügedən ərazidə bütün sosial problemlərin həllinə çalışacaq , işıq, qaz,içməli su, yol kimi problemlərin aradan qaldırılması üçün əlindən gələni edəcək.
Faktinfo.az-a daxil olan məlumatda o da bildirilir ki, həmin vaxtdan illər keçsə də, heç nə dəyişməyib. Sadalanan problemlərin həllinə cəhd belə göstərilməyib, hansısa dövlət qurumu qarşısında məsələ qaldırılmayıb. Yəni deyilənlər elə vəd olaraq qalıb.
İndi 92 saylı Zərdab-Ucar seçki dairəsinin seçiciləri növbəti parlament seçkilərini səbirsizliklə gözləyirlər. Çünki, növbədənkənar parlament seçkiləri keçirilməyəcəyi təqdirdə, yəni ən geci 2020-ci ilin payızında Jalə Əliyeva yenidən seçicilərin qarşısına çıxmaq məcburiyyətində qalacaq. Ona görə də J.Əliyevanın bu dəfə seçicilərin üzünə necə baxacağının, növbəti dəfə hansı vədlər veriləcəyinin maraqla gözlənilməsibaşadüşüləndir.
Faktinfo.az
Xəbəri paylaş
Digər xəbərlər
16-05-2021, 13:39
Tanınmış ginekoloqdan şikayət edildi, 17 min manat tələb olunur
6-07-2017, 21:41
İnsanlığın ən yüksək zirvəsi - bəndəlik
16-12-2015, 11:33
Azərbaycan atletində dopinq tapıldı: İdmançımız ömürlük cəza ilə üz-üzə
4-12-2017, 14:16
Hacı Məmmədov hansı müğənniyə "Mercedes" bağışlamışdı? - Qanqsterin himayədarlıq etdiyi məşhurlar - SİYAHI
5-08-2016, 00:27
"Facebook”a telefondan daxil olanlar üçün pis xəbər
17-07-2016, 21:08
Azərbaycanlı aparıcı: “Bu dəyyus düşünməyib ki...”
13-07-2015, 10:40
Ucarda Sürücü sükan arxasında öldü
13-02-2016, 10:28
Tayvanda zəlzələdə ölənlərin sayı 100-ü ötdü
21-01-2016, 15:19
"Süni mayalandırma etdirməyə ehtiyacım yoxdu" - Rəqsanə Şou-Biznes
26-02-2019, 11:03
Bu gün su çərşənbəsidir