Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Gürcüstanın prezidenti və baş naziri azərbaycanlıları təbrik etdi – FOTO
Tarix: 21-03-2015 | Saat: 16:44
Bölmə:M / Karusel / Dünya | çapa göndər

Gürcüstanın prezidenti və baş naziri azərbaycanlıları təbrik etdi – FOTO

Marneulidə bayram tədbirləri keçirilir.

Gürcüstan prezidenti Georgi Marqvelaşvili və baş nazir İrakli Qaribaşvili yerli azərbaycanlıları Novruz bayramı münasibətilə təbrik etmək üçün Marneulidə olublar.

Xeberaz.az Gürcüstan KİV-nə istinadla xəbər verir ki, prezident və baş nazir Marneuli icra hakimiyyətinin binası qarşısındakı sərgi ilə tanış olublar. Şəhərin mərkəzində yerli istehsal olan məhsullar, həmçinin cari infrastruktur layihələri əks etdiən fotomateriallar da sərgilənib.

“Bizim hamımız - İrakli Marqvelaşvili və Georgi Qaribaşvili sizə xidmət edirik”, deyə Gürcüstan prezidnenti Georgi Marqvelaşvili Marneuli sakinlərinə müraciət edib.

Prezident marneulilərə dəstək və yalnız bu gün deyil, bütün il boyu onların yanında olacağına söz verib.

“Qeyd etmək istəyirəm ki, həm İrakli Marqvelaşvili, həm də Georgi Qaribaşvili sizə xidmət edirik ki, birgə səylərlə daha güclü, firavan və xoşbəxt Gürcüstan quraq. Siz çox işlər görürsünüz, çox zəhmət çəkirsiniz, olduqca qabiliyyətli və zəhmətkeş insanlarsınız. Bilin ki, bunu hamı görür və sizin daha yaxşı yaşamanız üçün kömək etmək istəyir. Bu gün – yeniliyin, yeni erejinin və baharın başlanğıcıdır... İstəyirəm ki, siz biləsiniz, həm bu gün, həmçinin bütün il boyu mən sizin yanınızdayam. Sizinlə birgə Gürcüstanın xoşbəxtliyi naminə mübarizə aparıram. Sizi Novruz bayramı münasibətilə təbrik edirəm”, - Marqvelaşvili deyib.

Marneuli sakinləri ilə görüşdə regionun qubernatoru prezident və baş nazirin adını səhv salaraq, birincini İrakli Marqvelaşvili, ikincisini isə Georgi Qaribaşvili adlandırıb. Bundan sonra prezidentin yuxarıda qeyd olunan replikası səslənib.

Gürcüstanın azərbaycanlı vətəndaşlarını həmçinin ölkənin barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Paata Zakareişvili də təbrik edib.

“Gürcüstanda yaşayan azərbaycanlıları bu işıqlı bayram münasibətilə təbrik edirəm. Sizə bu bayramın sevinc, xoşbəxtlik və uğur gətirməsini arzu edirəm. Bu da öz növbəsində bizim çoxmillətli vətənimiz üçün uğurun əsası olacaq.

Biz bir yerdə vətəndaş bərabərliyi prinsipləri əsasında dövlət qururuq və fəxr edirik ki, Gürcüstan hər zaman etnik, dini və mədəni müxtəlifliyi ilə fərqlənib. Məhz bu müxtəlifliyi biz, ölkəmizin əsas sərvəti və gələcək uğurunun qarantı hesab edirik”, - dövlət naziri qeyd edib.

















Xəbəri paylaş

6418 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___