Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Baba Rzayevin işçisi nələrdə ittiham olunur?- İdarə rəisinin müavini transformatoru balansdan silərək...
Tarix: 16-06-2018 | Saat: 20:05
Bölmə:M / Karusel / İqtisadiyyat / Xəbəraz-ın debatı | çapa göndər




“Azərişıq” ASC “Aran” Regional Elektrik Təchizatı və Satışı İdarəsində (RETSİ) yenidənqurma işlərini uğurla davam etdirilməsinə dair ölkə KİV-lərində mütəmadi yazılar yayımlansa da,əslində bu qurum haqqında fikirlər birmənalı deyil.

 "Xəbəraz.az " xəbər verir ki,Bu günlərdə Faktinfo.az-ın elektron poçtuna  daxil olan bir yazı belə düşünməyə əsas verir.Sitat:
 “Azərişıq” ASC “Aran” Regional Elektrik Təchizatı və Satışı İdarəsi (RETSİ) rəisinin İstismar işləri üzrə müavini Mətləb Nəcəfov region ərazisndə olan elektrik məftillərini  anbardan sildirərək dövriyyədən çıxarır və gizli yollarla dəmir qəbulu məntəqəsinə təhvil verir.Bunun hesabına “Azərişıq” ASC “-nin   pullarını mənimsəyir. Bunun da nəticəsində  RETSİ digər regional idarələrdən miqyaslı şəkildə  geri qalır". 
Şikayətçi onu da bildirir ki, M.Nəcəfovun idarəyə aid mal-materialları mənimsəməsi səbəbindən hazırda  Regional Elektrik Təchizatı və Satışı İdarəsində  transformator , dayaq , məftil çatışmazlığı yaranıb.O cümlədən qeyd edilir ki, RETSİ-nin əhatə etdiyi qəsəbələrdə, kəndlərdə  transformatorların ətrafında qoryucu sədd yoxdur,bu isə hər an  təhlükə deməkdir. 
Göründüyü kimi,bu fikirlər ona dəlalət edir ki,RETSİ-də hər şey yalnız kağız üzərində yüksək səviyyədədir.Reallıq isə başqa mətləblərdən xəbər verir,yəni Baba Rzayevin tabeliyində olan “Azərişıq” ASC “-nin Regional Elektrik Təchizatı və Satışı idarələrində özbaşınalıq baş alıb gedir. 
Faktinfo.az olaraq hesab edirik ki,Hesablama Palatası və digər aidiyyatı qurumların maliyyə yoxlaması aparmasına ciddi ehtiyac var.
Yazı müəllifi digər maraqlı mətləblərə də toxunur:" Mətləb Nəcəfovun Ağcabədi rayonunda olan heyvandarlıq fermasında elektrik təchizatı ilə bağlı vəziyyət qəsəbə və kəndlərdən daha yaxşıdır.Oradakı vəziyyəti görənlər elə zənn edər ki, həmin ərazidə ferma yox, “Azərişıq” ASC-nin yeni stansiyası yerləşir.Əslində isə, Mətləb Nəcəfov idarəyə məxsus transformatoru balansdan silərək fermasında quraşdırıb. Bu da hamısı deyil. Belə ki, RETSİ-nin rəis müavininin  Agdamda yerləşən evi demək olar ki, “Azərişıq” ASC-nin  mal-materalları hesabına inşa edilib. Butun inşaat materialları- dəmir,sement,çınqıl daşlar v.s yenidənqurma işləri üçün nəzərdə tutulmüş materialı əhatə edir.“Azərişıq” ASC-nin “Aran” Regional Elektrik Təchizatı və Satışı İdarəsi (RETSİ) üçün ayırdığı vəsaiti kağız üzərində sənədləşdirərək mənimsəyib və özu üçün ev inşa etdirib" . 
İdarə rəisinin müavini daha bir məsələdə ittiham edilir.Yazı müəllifinin bildirdiyinə görə,vəzifəsindən sui- istifadə edən M.Nəcəfov işə qəbulu belə pul hesabina həyata keçirir.Belə ki, o,500-600 manat əmək haqqısı olan iş üçün 2500-3000 manat "şirinlik"tələb edir.Eləcə də,“Azərişıq” ASC “Aran” Regional Elektrik Təchizatı və Satışı İdarəsin rəis müavini bölgədə kənar elektrik xəttinin verilməsini təşkil etməklə də  məşhurdur.Bu işlərin sayəsində onun  aylıq gəliri 10-12 min manatı ötür.
Məsələyə münasibət öyrənmək üçün, bir müddət əvvəl “Azərişıq” ASC-yə sorğu ünvanlasaq da qurumun mövqeyini öyrənə bilmədik.
Faktinfo.az  
P.S.Elektrik avadanlıqları- Transformatorları,dirəkləri,naqilləri və digər avadanlıqları ölkəmizə kimlər gətirir?
Həmin  işlərlə məşgul olan şirkət kimə məxsusdur?
Bu barədə növbəti yazılarımızda...


Xəbəri paylaş

1 0578 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___