Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycanda bu orqanların transplantasiyasına icazə veriləcək - SİYAHI
Tarix: 04-06-2018 | Saat: 17:04
Bölmə:M / Karusel / Gündəm / Səhiyyə | çapa göndər

Azərbaycanda transplantasiya obyekti olan orqan və (və ya) toxumaların siyahısı müəyyənləşib.
Bununla bağlı  “İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” qanunun 2-ci maddəsinə  (Transplantasiya obyekti olan orqan və (və ya) toxumaların siyahısı ) dəyişiklik  təklif olunur.


Dəyişikliyə görə, ürək, ağciyər (ürək-ağciyər kompleksi), böyrəklər, qaraciyərmədəaltı vəzi, mədə-bağırsaqlar, uşaqlıq, yuxarı və aşağı ətraflar, sümüklər, dəri-fassiya-əzələ kompleksi və onların seqmentləri, sümük iliyi, gözün buynuz qişası, kök hüceyrələrvə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən digər orqan və (və ya) toxumalar transplantasiyanın obyekti ola bilərlər.


Bu Qanun reproduksiya vasitələrinə və bu məqsədlə istifadə edilən orqanlara, onların hissələrinə və (və ya) toxumalara (yumurta hüceyrələri, sperma, yumurtalıq, xaya və ya embriona), eləcə də qan və onun komponentlərinə şamil edilmir.


Qanuna dəyişiklik layihəsi Milli Məclisin Səhiyyə komitəsinin müzakirəsinə çıxarılır.


Xəbəri paylaş

8248 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___