1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Tarix: 01-06-2018 | Saat: 10:39
Bölmə:M / Karusel / Gündəm | çapa göndər
Bu gün iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür.
1950-ci il iyunun 1-də BMT Baş Assambleyası tərəfindən Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi qeyd olunması qərara alınıb. Həmin gün təşkil olunan "Qadınların Beynəlxalq Konfransı"nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səsləndirilib və elə bu tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib. Bundan sonra iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb.
Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir. Bu bayramla yanaşı, 1956-cı ildən noyabrın 20-i də Ümumdünya Uşaqlar Günü kimi qeyd olunur.
"Ümumdünya Uşaqlar Günü" 1954-cü ildə BMT-nin Baş Assambleyasının №836 (IX) saylı qətnaməsində 1956-cı ildən bütün dövlətlərdə uşaqların şərəfinə keçirilməsi tövsiyyə olunan bayram kimi qeyd olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycanda uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması və ölkənin uşaqlarla bağlı demoqrafik perspektivlərinin müəyyənləşdirilməsi məqsədi ilə 22 dekabr 2008-cil tarixli sərəncam imzalayıb. Sərəncama görə, 2009-cu il "Uşaq ili" elan olunmuşdu.
Xəbəri paylaş
1 1808 dəfə oxunub.
Digər xəbərlər

12-11-2018, 15:34
Ərzaq məhsullarının bahalaşıb?-AÇIQLAMA
7-02-2016, 22:46
Bakıda intihar: Kişi özünü binadan atdı
8-02-2016, 00:15
Çin ABŞ və Koreyanın raket qərarı ilə razılaşmadı
21-08-2020, 08:40
Adil İsmayılov: “Eldar Həsənov nazirlə görüşə gedərkən saxlanılıb”
24-01-2017, 20:05
Məcburi köçkünlərə aylıq müavinətin ÖDƏNİLMƏSİ QAYDASI
8-05-2015, 15:40
Bakı-2015 I Avropa Oyunlarına artıq 100 000 bilet satılıb.
11-07-2018, 19:25
Azərbaycanla bu ölkə arasında siyasi məsləhətləşmələr aparıldı
13-07-2017, 11:57
"Rəqsanədən yazdınız, reytinq qazandınız"
8-07-2016, 23:42
Miri Yusifin xanımı: “Bütün qadınlar kimi mən də dözməliyəm”
25-09-2015, 00:14
İngiltərəli keçmiş futbolçu Devid Bekhemin xanımı Viktoriya həyat yoldaşını rüsvay edib (VİDEO)