Fədayə Laçının həbs müddəti artırıldı
Tarix: 17-05-2018 | Saat: 15:13
Bölmə:M / Karusel / Hadisə | çapa göndər
Bakıda 2 məhbusun qaçmasında təqsirləndirilərək həbs edilən müğənni Fədayə Laçının həbs müddəti yenidən uzadılıb.
Xəbəraz.Az xəbər verir ki, bu barədə trend-ə açıqlamasında F.Laçının vəkili Türkel Süleymanlı deyib.
Vəkil bildirib ki, Nəsimi rayon məhkəməsi istintaq orqanının təqdimatı əsasında F.Laçının barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddətini daha 3 ay uzadıb. Həbs müddəti avqustun 23-dək artırılıb.
Xatırladaq ki, ötən il oktyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində başlanılan cinayət işi üzrə F.Məmmədova təqsirləndirilən şəxs qismində cəlb olunaraq Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Onun barəsində Cinayət Məcəlləsinin 304.2.1-ci (mühafizə altında olan şəxsə qaçmağa yardım etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb. Nəsimi Rayon Məhkəməsinin qərarı ilə F.Laçın barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib. Bundan qabaq, F. Laçın barədə olan həbs qərarı bir dəfə uzadılıb və onun həbs müddəti mayın 23-də başa çatırdı.
Xəbəri paylaş
1 3488 dəfə oxunub.
Digər xəbərlər

16-11-2018, 14:36
Dövlət qulluğuna işləmək istəyənlər! - Noyabrın 24-də imtahan var
11-03-2021, 10:01
Şuşada əsir götürülən Maral Nacaryan Livana qayıtdı - AÇIQLAMA
11-08-2023, 13:49
Yayda niyə yata bilmirik? - AÇIQLAMA
19-05-2015, 00:18
Dünyanın ən hündür mehmanxanası-Məkkədə
26-12-2016, 21:20
BİR MİLYON İNSAN AYGÜN KAZIMOVANI SEÇDİ - VİDEO
25-03-2016, 11:41
Dolların bu günə olan məzənnəsi
30-04-2016, 23:02
Anar Əhmədov: “Gözəllik dünyanı xilas edəcək” – FOTO.
3-09-2017, 17:03
Sinana niyyət Handeyə qismət - Foto
17-04-2021, 12:30
Prokurorluq qatarın gənc oğlanı vurub öldürməsi ilə bağlı MƏLUMAT YAYDI
4-04-2017, 17:46
“Peşə təhsili yeni tələblər əsasında formalaşdırılır” - MÜSAHİBƏ