Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Yeni komitə sədri kadr islahatına başlayır - AÇIQLAMA
Tarix: 09-05-2018 | Saat: 11:41
Bölmə:M / Karusel / Gündəm | çapa göndər

"Cənab prezident diaspora işi ilə bağlı çox ciddi tapşırıqlar verib. Mütləq qaydada kadr dəyişiklikləri olacaq".
Bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov deyib.
 
O bildirib ki, bu istiqamətdə ciddi işlər aparılır: "Çalışırıq ki, komitənin işində yeni istiqamətlər olsun. Diaspor işi tək xaricdə yaşayan azərbaycalılarla deyil, həm də Azərbaycanda yaşayan xaricilərlə bağlı olmalıdır. Bu sahədə ikitərəfli istiqamətlər olmalıdır. Kadrlar müasir tələblərə cavab verməli, müxtəlif dilləri bilməlidirlər. Çünki bu gün bizim soydaşlarımız yüzdən çox ölkədə məskunlaşıb. Bəlkə də bəzilərimiz bunu düşünmürdük. Elə bir guşə yoxdur ki, azərbaycanlılar orada olmasın. Bizim şüar ondan ibarətdir ki, vətən uzaqda deyil. Çalışmalıyıq ki, bura vətəndaşlarımızı cəlb edək. Onların içində elm adamları, biznesmenlər var. Bu, Azərbaycan üçün çox vacibdir. Şübhəsiz ki, verilən tapşırıqlar yerinə yetiriləcək. Kim yeni tələblərə uyğun olaraq yeni yanaşmaları qəbul edəcəksə, onlar hamısı işlərinə davam edəcəklər".


Xəbəri paylaş

7108 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___