Alman faşizmi üzərində qələbədən 73 il ötür
Tarix: 09-05-2018 | Saat: 10:52
Bölmə:M / Karusel / Gündəm | çapa göndər
Bu gün alman faşizmi üzərində tarixi qələbədən 73 il keçir.
Faşizm üzərində qələbə Azərbaycanda da rəsmi dövlət bayramı kimi qeyd olunur. Qələbə günü münasibətilə ölkənin müxtəlif bölgələrində və paytaxtda tədbirlər keçirilir.
Qeyd edək ki, 1939-cu il sentyabrın 1-də faşist Almaniyası ildırımsürətli “Barbarossa” planı əsasında Polşanı işğal edib. Bununla da bəşəriyyət tarixinə ən qanlı müharibə kimi daxil olan İkinci Dünya müharibəsi başlayıb. 1941-ci il iyunun 22-də isə Hitler Almaniyası Azərbaycanın da daxil olduğu SSRİ-yə hücum edib. Müharibə 1945-ci il mayın 9-da - Berlindəki Reyxstaq binası üzərindən faşizm bayrağının endirilməsi və SSRİ-nin bayrağının sancılması ilə başa çatıb.
Müharibədə Azərbaycandan 660 min şəxs iştirak edib. Azərbaycan diviziyaları Qafqazdan Berlinə qədər mübarizə yolu keçib, 130-a yaxın azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 30 nəfər “Şərəf” ordeni, 170 min soydaşımız SSRİ-nin müxtəlif orden və medalları ilə təltif edilib. İki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanov, Sovet İttifaqı qəhrəmanları İsrafil Məmmədov, Aslan Vəzirov, Adil Quliyev, Ziya Bünyadov, Gəray Əsədov, Hüseynbala Əliyev, Qafur Məmmədov, Məlik Məhərrəmov, Mehdi Hüseynzadə, generallar Mahmud Əbilov, Akim Abbasov, Tərlan Əliyarbəyov, Hacıbaba Zeynalov və bir çoxunun adı bu müharibənin tarixinə qızıl hərflərlə yazılıb.
İkinci Dünya müharibəsində Azərbaycan nefti də həlledici amillərdən olub. Belə ki, 1941-ci ildə Azərbaycan tarixində ən çox - 23,5 milyon ton neft istehsal olunub və bu, SSRİ-də istehsal olunan neftin 71,4%-ni təşkil edib. Ümumilikdə, müharibə illərində Azərbaycan neftçiləri ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin və digər neft məhsulları veriblər.
Xəbəri paylaş
7498 dəfə oxunub.
Digər xəbərlər

19-12-2020, 02:19
Ölkədə ictimai nəqliyyat iki gün işləməyəcək
21-09-2015, 12:57
Əli Həsənov KİV əməkdaşlarının saxlanılmasına münasibət bildirdi
2-04-2016, 12:33
Müdafiə Nazirliyi cəbhədəki vəziyyətlə bağlı YENİ XƏBƏR YAYDI
31-01-2022, 16:34
İmişlidə qəribə olay - Cinsini və adını dəyişən kənd sakini kimdir?
23-02-2017, 20:40
Bir gündə üç dəfə talaq demək boşanma sayılır?
9-01-2023, 15:02
Məzahir Pənahovun adamı Mirhəsən Seyidovun torpaq alverçisi rolunda – Neftçalada rəzalət
6-10-2016, 09:46
Bundan sonra hər kəs kredit ala bilməyəcək — Yeni mexanizm
28-05-2018, 11:57
İstirahət günləri yol qəzalarında 3 nəfər ölüb, 16 nəfər xəsarət alıb
8-06-2018, 09:56
Bu gün AMEA-nın yeni prezidenti və vitse-prezidentləri seçilir