Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
SOS HƏYƏCANIMIZI ZAMAN-ZAMAN BİLDİRİRİK
Tarix: 30-04-2018 | Saat: 17:48
Bölmə:M / Karusel / Gündəm / Müsahibə | çapa göndər



Rasim Məmmədov: “Gənclər gələcəyimizin qarantı, inkişafımızın memarlarıdır”
Hər bir vətəndaşa doğulduğu və yaşadığı məkan Vətəndir. Əzəl gündən belə deyiblər, biz də belə öyrənmişik, indi də övladlarımızı belə öyrədirik. Vətən isə yaşadığımız hər məqamda üzümüzə tutulan güzgülərin rəssamıdır. Bu rəssam toplumda  baş verən hər şeyi çox dəqiq görür və çox da dəqiq bölür rənglərin yerini. Yəni Vətəndə nə əkərsən, onu da biçərsən. Gərək məsuldar vətəndaş olasan, vətənini sevəsən və milli dəyərlərinə sədaqətli olasan ki, rəssamın səni kətan üzərinə daha yaxşı rənglərlə həkk edə bilə… “Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hislərinin tərbiyəsi” mövzusunda bu həftəki həmsöhbətim sıralarında 90-a yaxın təsisatı – QHT, KİV, sayt və başqa qurumları birləşdirən İctimai Nəzarət Koalisiyası İdarə Heyətinin sədri, Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi İB-nin I vitse-prezidenti, “Sabitlik və İnkişaf” Mərkəzi İctimai Birliyinin rəhbəri Rasim Məmmədovla olan müsahibəni “Hərbi And” oxucularına təqdim edirik. 
  • Uşaqlıq illərinizi necə xatırlayırsınız?
  • Uşaqlıq illərimi demək olar ki, hər gün, hər an xatırlayıram. Bu günkü günüm isə uşaqlıq illərimin bariz nümunəsi, bəhrəsidir. Nəinki uşaqlıq illərini, ümumiyyətlə, keçmişi unutmaq olmaz. Unutqanlıq faciədir. Bir az daha dərinə getsək, yazıçılar demişkən, uşaqlıq illəri həyatımızın cənnətlik çağlarıdır. Elimizin ağsaqqalı və ilk ziyalılarından, peşəkar dövlət məmurlarından olan atam Adil Məmmədov İrəvan xanlığı Zəngəzur quberniyasının Qubadlı qəzasında doğulub. Bir yaşında anasını itirib və Sisyanın Aqüdü kəndində, bibisinin himayəsində on beş yaşınadak böyüyüb. Sonra Ağdam Mexanizasiya texnikomunda təhsil alıb. 1956-cı ildə isə İmişli və Beyləqan rayonunda vəzifəyə təyin olunub. Mən də İmişlidə göz açmışam bu dünyaya. Atam İmişli və ətraf bölgələrdə uzun müddət kənd və xalq təsərrüfatında rəhbər vəzifələrdə, ən sonda da Sumqayıtda məsul dövlət qulluğunda çalışdığına görə respublikamızın az qala, yarısında yaşamışıq. Bu cəhət isə uşaqlıq yaddaşıma əbədi həkk olunub deyə, özümü Azərbaycan sevdalısı hesab edirəm.
Qərbi Azərbaycan, Qubadlı, Qarabağ, Muğan, Sumqayıt və Bakı sevgisinə daha sonralar bütün Türk Dünyası əlavə olundu. Təsəvvür edin ki, atamın işləri ilə əlaqədar xalqımızın nə qədər dəyərli şəxsiyyətləri ilə ünsiyyətdə olmuşam, hər bir şəxsdən nələrisə öyrənməyə çalışmışam. Kimlərdənsə zəhmətsevərliyi, kimlərdənsə ciddiyyəti, kimlərdənsə karyera, iş qurmağı və kimlərdən isə Vətənə yararlı olmağı, Azərbaycanımızı sevməyi, cəmiyyətin inkişafı üçün faydalı fəaliyyətdə olmağı öyrənmişəm. Uşaqlıq kumirim isə şübhəsiz, ümummilli liderimiz Heydər Əliyev idi. İndinin özündə də onu özümə ustad, öndər sayıram.
  • Nə gözəl. Mütaliə edirsiniz?
  • Ağıllı və savadlı insanlar həyatın hər anında mütaliə edir. Mütaliəsiz insan inkişaf edə bilməz və eyni zamanda cəmiyyətdə öz nüfuzunu qoruyub saxlaya bilməz. Gündəlik mütaliə edən insan isə yüksək intellektual, əsl savad sahibidir, eyni zamanda hazırcavabdır və hər kəsdən öncə hər şeydən məlumat alır. O insanlar cəmiyyət arasında səviyyə baxımından yüksək hesab olunan şəxslərdir. Mən isə öz növbəmdə, demək olar ki, hər gün müxtəlif qəzetlərdən, dərgilərdən, hansısa kitablardan bir neçə səhifə də olsa oxuyuram.
  • Mədəniyyət ocaqlarına necə? Vaxtınız qalır?
  • İNKİH sədri olaraq koalisiyaya daxil olan 90-a yaxın qurumları əlaqələndirdiyimdən ictimai fəaliyyətimizin kreativ istiqaməti ilə əlaqədar mütəmadi olaraq təqdimatlara, qala-gecələrinə və konsertlərə gedirik. Bir çoxlarını isə Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi İB xətti ilə özümüz təşkil edirik. Muzeylər, orta məktəblər, ali təhsil ocağları, hərbi hissələrdə keçirtdiyimiz tədbirlər haqqında bizim inktv.az, ictimaixeber.az, damm.az portallarımızda yayımlanan məlumatlardan, eyni zamanda sosial şəbəkələrdəki resurslarımızdakı müxtəlif formatlı – görüntülü, mətnli, audio-video paylaşımlı, birbaşa yayımlanan materiallardan məlumat əldə edə bilərsiniz.
  • Bəzi gənclərin bu kimi imkanı yoxdursa, onların gələcəyə baxışı, intellektual səviyələri, sizcə, necə formalaşacaq?
  • Bu barədə bir neçə dəfə sosial müzakirələr, internet debatlar, virtual polemikalar təşkil etmişik ki, gənclər maariflənsin. Qeyri-etik davranışların taktikasını, fanatik təriqətçilər, mühacirətdəki tələbə və gənclərimizin beyinlərinin yuyulması, internet, mass-media, sosial şəbəkələrdə milli-mənəvi dəyərlərimizə elan edilmiş psixo-etnik müharibələr, missioner fəaliyyəti nəticəsində dini dəyərlərimizə vurulan zərbələr, ədəbiyyat, mədəniyyət, elm tariximizdə unudulmaz izlər qoyub getmiş dəyərli şəxslərimizə, tarixi şəxsiyyətlərimizə atılan çamurlar haqqında ictimai SOS həyəcanımızı zaman-zaman bildiririk.
  • Vətənə xidmət borcdur, yoxsa sevgi?
  • Məncə, bu fərdə görə dəyişir. Kimdə Vətənə sevgi varsa, onu özünə borc bilir, ancaq sadəcə borcdursa, sevgi olmadan o borcu da qaytara bilmir. Həm də insanları heyvanlar və başqa canlılardan fərqləndirən amillərdən biri də şüura, idraka, zəkaya, bir sözlə, yaradıcı düşüncəyə malik olmasıdır. Əgər yaşadığın məkana Vətən deyirsənsə, o Vətəni göz bəbəyin kimi qorumaq sənin milli-mənəvi borcundur. Bu müqəddəs borcun nüvəsində isə bəşəriyyətə, tarixə, xalqına, lap elə öz doğmalarına olan sevgi durur.
  • Yeni nəsildə daha çox nə zaman millilik anlayışı hiss edirsiniz?
  • İstəməzdim ki, ancaq mənfilikləri görək. Mübariz İbrahimov, 2016-cı ilin aprel döyüşlərindəki rəşadətli ordumuzun qələbəsi, şəhidlik zirvəsinə qalxan şəxslərin, eləcə də elm, mədəniyyət, idman, incəsənət, biznes, ictimai-siyasi sektorda böyük uğurlar qazanan kəslərin böyük əksəriyyəti Azərbaycan xalqının 60 faizini təşkil edən gənclərimizdir. Bu günlərdə Harvard Universitetinə yüksək balla daxil olan, yaxud yağış suyunu enerjiyə çevirən texnologiya icad edən, feysbukun mərkəzi ofisində çalışanların içində Azərbaycan gəncləri də var. Millilik deyəndə, ilk növbədə, millətin qabağa getməsi, Vətənin sivil inkişafı üçün, cəmiyyətin rifahının yaxşılaşdırılmasından ötrü nələrisə etməyi nəzərə almalıyıq. Bu baxımdan yüksək milli-vətənpərvərlik hisləri ilə yaşayan gənclərimizin sayı da çoxdur.
  • Sizcə, gənclər ailə anlayışını düzgün qavraya bilir?
  • Dəyərlər tez-tez dəyişir. Əgər əvvəllər Azərbaycan ailəsi deyəndə 7-8 nəfər uşaqdan ibarət sosial mühit forması nəzərdə tutulurdusa, indi bir-iki nəfərdən ibarət ailələrin sayı durmadan artır. Azövladlı ailələrdə böyüyən uşaqlarımızın əksər hallarda bacı, yaxud qardaşları, eyni zamanda əmi-dayı, xala-bibiləri olmur. Odur ki, dövrün tələblərindən çıxış edərək bir çox dəyərlərə yenidən qiymət verməyin tərəfdarıyam. Ötən il 55 min rəsmi nikaha girmiş gənc ailənin beşdə biri uğursuzluqla üzləşərək boşanmağa məcbur olublar. Nikahı pozulmuş gənclərə qarşı daha həssas olmaq lazımdır ki, onlar tənhalığa qurşanmasınlar. İntihara, özünəqəsdlərə cəhd etməsinlər, cinayət törətməsinlər, əksinə, yenidən ailə qursunlar. Qədimi ailə modellərimizin ən dəyərli tərəflərinin gənclərimizə yaxşı tanıtmalıyıq ki, milli ailə institutlarımıza olan inam sarsılmasın.
  • Özgüvən hissini necə?
  • Gənclər sürət əsrinin övladları olaraq hər şeyi qısa bir zamanda əldə etmək istəyirlər. Tele-seriallar, kinofilmlər, internet və sosial şəbəkələrdə gördükləri parıltılı həyat gənclərin bir çoxunda eqoizmi qabardır. Onlar qısa müddətdə arzuladıqları uğurları qazana bilməyəndə isə xəyal qırıqlığına uğrayırlar, özlərinə olan inamları azalır. Bax belə kəslərlə də cəmiyyətimiz anlaşıqlı davranmalıdır. Düşünürəm ki, bu barədə aparılan təbliğatlar öz işini görə bilir. Artıq Azərbaycan gəncliyinin səsi dünyanın hər yerindən gəlir. Həmçinin ailə dəyərlərinə görə, bizim gənclər bütün cəmiyyətlərdə özünəməxsusluğu ilə seçilənlərdəndir.
  • Özgüvən daha çox ailədən gəlir, yoxsa cəmiyyətdən?
  • Ailənin rolu olsa da, cəmiyyətin yaratmış olduğu mühit əhəmiyyətli dərəcədə şəxsiyyətin formalaşmasına təsir edir. Özümdən misal gətirmək istəyirəm. Rəhmətlik atam Adil müəllim hər zaman məndən ciddi nailiyyətlər gözləyirdi. Həyatım boyu onun bu gözləntilərini doğrultmağa çalışırdım. Dövlət adamı olaraq o, hər zaman qanunun aliliyinə diqqət ayırmağımı tələb edirdi və mən də onun inancları ilə yüksəlirdim. Bilirsiniz, qızıl ortaq nöqtəni tapmaq qazanacağın uğurların tən yarısı deməkdir…
Ramilə QARDAŞXANQIZI


Xəbəri paylaş

1 2838 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___