Məhkəmə ANS-lə bağlı qərarını açıqladı
Tarix: 21-04-2018 | Saat: 20:43
Bölmə:M / Karusel / Gündəm | çapa göndər
Bakı Apellyasiya Məhkəməsində ANS Müstəqil Yayım və Media Şirkətinin "Bakcell" MMC-yə qarşı məhkəmə qərarından verilən apellyasiya şikayətinə baxılıb.
Hakim Həmid Həmidovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, ANS-in apellyasiya şikayəti təmin edilib, birinci instansiya məhkəməsinin çıxardığı qərar ləğv edilib. Məhkəmə "Bakcell" MMC-nin iddiasını təmin etməyib.
Qeyd edək ki, "Bakcell" MMC ANS Müstəqil Yayım və Media Şirkətini məhkəməyə verib. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən "Bakcell" borcun tutulması barədə tələb irəli sürüb.
Məhkəmə iddianı qismən təmin edib. Qərardan narazı qalan ANS Müstəqil Yayım və Media Şirkəti apellyasiya şikayəti verib.
"Bakcell"in Korporativ Kommunikasiya Bölməsindən "Report"a bildirilib ki, ANS Müstəqil Yayım və Media Şirkəti "Bakcell"in korporativ abunəçisi olub: "Telekommunikasiya xidmətlərinə görə yaranmış borclarını ödəmədiklərinə görə tərəfimizdən məhkəmədə iddia qaldırılıb. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi iddiamızı təmin edərək qətnamə çıxarıb. Bundan sonra ANS şirkəti tərəfindən apellyasiya şikayəti verilib".
Xatırladaq ki, ANS Müstəqil Yayım və Media Şirkətinə televiziya yayımı üçün verilmiş lisenziya 2016-cı ildə ləğv edilib.
Xəbəri paylaş
1 2108 dəfə oxunub.
Digər xəbərlər

5-03-2016, 11:07
Ağır yol qəzası: ölən və yaralılar var
26-10-2018, 18:26
Nazirlik hərəkətə keçdi: Plastik qablar yığışdırılır
13-11-2017, 10:32
İranda dəhşətli zəlzələ - 200 ölü - YENİLƏNİB
16-07-2017, 15:18
Bakıda qanlı dava: evin tək övladını öldürdülər
13-06-2016, 15:56
Xəyanətkar türk siyasətçi Ərdoğanı tənqid etdi
15-08-2016, 15:54
Azyaşlı uşaq faciəvi şəkildə öldü - BAKIDA
30-05-2022, 11:47
Məmməd Məmmədov Tovuz icra başçısı kimi yox, Talkuçka satıcısı kimi ....
30-08-2015, 01:37
10 günlük körpə bu heyvana görə həyatını itirdi
8-11-2015, 14:15
Məşhur gitara 2,4 milyona satıldı