Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Hökumət bu gün tam tərkibdə istefaya gedir
Tarix: 18-04-2018 | Saat: 09:35
Bölmə:M / Karusel / Gündəm | çapa göndər



Konstitusiya Məhkəməsi seçkinin nəticələrini təsdiq etdi; dövlət başçısının bu gün andiçmə mərasimi olacaq; qanuna görə, prezident səlahiyyətlərini icra etməyə başladığı gün Nazirlər Kabineti istefa verməlidir

Aprelin 17-də Konstitusiya Məhkəməsinin Plenumu aprelin 11-də keçirilmiş prezident seçkilərinin yekunlarına dair Mərkəzi Seçki Komissiyasının protokolunun təsdiq edilməsi və seçkilərin nəticələri ilə bağlı iclas keçirib.
İclasa Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev sədrlik edib. İclasda məruzəçi hakimlərdən Sona Salmanova və Rafael Qvaladze çıxış ediblər.
S.Salmanova bildirib ki, Mərkəzi Seçki Komissiyası seçkilərin nəticələrinə dair bütün məntəqələrdən daxil olmuş məlumatları ümumiləşdirərək seçki protokolunun təsdiq olunması üçün müvafiq sənədlərlə birgə Konstitusiya Məhkəməsinə təqdim edib.
R.Qvaladze isə seçkilərin qanunvericiliyə uyğun keçirildiyini bildirib və seçkilərin nəticələrinə dair protokola əsasən, İlham Heydər oğlu Əliyevin səslərin çox hissəsini toplayaraq qalib olduğunu bildirib.

İclasda seçki prosesi barədə danışan MSK sədri Məzahir Pənahov bildirib ki, seçkilər 125 seçki dairəsi üzrə 5641 seçki məntəqəsində keçirilib. M.Pənahov namizədlərə yaradılmış şəraitdən danışıb, həmçinin ödənişsiz efir vaxtının, qəzetlərdə yer ayrılmasını qeyd edib: “Seçkilərin azad, demokratik və şəffaf şəkildə keçirilməsi üçün Mərkəzi Seçki Komissiyası tərəfindən kifayət qədər yerli və xarici müşahidəçi qeydə alınıb, habelə məntəqələrin 20 faizində veb-kameralar quraşdırılıb”.
MSK sədri deyib ki, seçkilərdə 8 namizəd qeydə alınıb və seçki prosesi zamanı bütün namizədlər üçün bərabər şərait yaradılıb.
Sonra M. Pənahov Konstitusiya Məhkəməsinin hakimlərinin suallarını cavablandırıb.
Daha sonra Konstitusiya Məhkəməsi 11 aprel 2018-ci ildə keçirilmiş prezident seçkilərinin nəticəsini təsdiq edib. Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Konstitusiya Məhkəməsi Plenumunun qərarını elan edib. Qərara əsasən, Konstitusiya Məhkəməsi prezident seçkilərinin nəticələrini təsdiqləyib.
Konstitusiya Məhkəməsinin qərarı ilə MSK-nın yekun protokoluna əsasən, İlham Əliyev 86,02 faiz səslə prezident seçkilərində qalib gəlib.

Sonrakı yerlər aşağıdakı kimi bölüşdürülüb:
Öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Zahid Oruc - 3,12%;
Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu - 3,03%;
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev - 3,02%;
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev - 1,52%;
Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə - 1,38%;
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev - 1,17%;
“Cəbhəçilərin təşəbbüs qrupu” tərəfindən namizədliyi irəli sürülmüş Razi Nurullayev - 0,74%.
Ölkə qanunvericiliyinə görə, Konstitusiya Məhkəməsi seçkinin yekunlarını rəsmən elan etdikdən 3 gün sonra prezident seçilmiş şəxs Konstitusiya Məhkəməsi hakimlərinin iştirakı ilə and içməlidir. And içdiyi gündən Azərbaycan Respublikasının prezidenti öz səlahiyyətlərinin icrasına başlamış sayılır.
prezident aparatı ile ilgili görsel sonucu
Azərbaycan Konstitusiyasının 116-cı maddəsinə görə, yeni seçilmiş Azərbaycan Respublikasının prezidenti vəzifəsini tutduğu və səlahiyyətlərini icra etməyə başladığı gün Nazirlər Kabineti istefa verməlidir.
Prezident İlham Əliyevin seçkidən az öncə qarşıdakı dövrdə islahatların davam edəcəyini bəyan etməsi, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin “Prezident İlham Əliyevin iqtisadi inkişaf strategiyasının əsas istiqamətləri” başlıqlı geniş məqaləsində “Öz fəaliyyətini siyasi müstəvidəki konyunktur dəyişiklikləri üzərində quran, daha çox qeyri-səmimiliyi, süst və ətalətli fəaliyyəti ilə seçilən, komanda prinsipini qətiyyən gözləməyən məmurlarla Azərbaycanın inkişafı naminə müəyyən edilmiş ali məqsədlərə çatmaq üçün vaxt baxımından çox böyük itkilərə yol verə bilərik” fikirlərinin yer alması onu deməyə əsas verir ki, yeni hökumətin formalaşmasında yeniliklər olacaq. Bəzi nazirlər yeni hökumətin tərkibində yer almayacaqlar.
Yeni Azərbaycan Partiyasının icra katibi Əli Əhmədov andiçmə mərasiminin bu gün olacağını bildirib.


Xəbəri paylaş

1 0338 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___