“Lotu Quli”nin yaxın adamını öldürən 6 nəfər saxlanıldı, biri ermənidir - TƏFƏRRÜAT
Tarix: 13-04-2018 | Saat: 22:02
Bölmə:M / Karusel / Gündəm / Hadisə | çapa göndər
8 apreldə Türkiyənin Antalya şəhərinin Kəmər qəsəbəsində baş verən, Rusiya və Türkiyənin gündəmini zəbt edən cinayət barədə detallar üzə çıxıb.
Həmin gün Arslanbucaq məhəlləsində bir nəfər öldürülmüş, bir gənc isə yaralanmışdı.
Hadisədən sonra əraziyə cəlb edilən polislər onların üstündən saxta şəxsiyyət vəsiqəsi aşkarlamışdı. Aparılan araşdırmalar zamanı həmin şəxslərin, əslində, gürcü kriminal avtoritet "Giya" ləqəbli Qayoz Zviadadze Lonqinozoviç və mühafizəçisi Giqa Qiorkelidze olduğu müəyyənləşib.
Məlumata görə, onlar villalarına yaxınlaşan zaman naməlum şəxslər "Giya" və mühafizəçisini atəşə tutublar. Başından vurulan Qayoz Zviadadze yerindəcə ölüb. 27 yaşlı mühafizəçi isə ayağından yaralanıb.
Cinayətkarlar hadisə yerindən qaçaraq istifadə etdikləri avtomobili boş ərazidə tərk ediblər. Lakin bu da cinayətkarların polislərdən qaçmağına mane olmayıb.Həmin atvomobilin kirayə götürüldüyü, nömrənin isə saxta olduğu dəqiqləşdirilib.
Polislər izləri təqib edərək onların yerini müəyyənləşdirib. Keçirilən əməliyyat nəticəsində rus, gürcü və erməni əsilli olduğu bildirilən 6 nəfər - A.Ruslan (54), G.David (55), P.Giqa (27), K.David (32), M.Akaki (32) və J.Arman saxlanılıb.
Cinayətin Rusiyanın Rostov vilayətinə nəzarət uğrunda baş verdiyi bildirilir. Ehtimallara görə, Giyanın qətli onun ən böyük rəqibi Nodar Rustavski kimi tanınan Nodar Asoyan tərəfindən sifariş edilib. Məlumata görə, Giya 4 ay öncə Nodar qarşısında güc toplamaq məqsədilə Türkiyəyə gəlib və bu istiqamətdə gizli fəaliyyət görməyə başlayıb. Onun Türkiyədə ən böyük dəstəkçisi isə "Lotu Quli" olub. Hətta yanvarda keçirilən oğru yığıncağını (sxodka) da məhz o idarə edib.
Məlumat üçün bildirək ki, 60 yaşlı Qayoz Zviadadze Gürcüstanın Kutaisi şəhərində doğulub. Onu Rusiyada Giya Kuaiski kimi də tanıyırlar. İlk dəfə 20 yaşında həbsxanaya girən kriminal avtoritet ömrünün 21 ilini həbsxanada keçirib.
(qafqazinfo)
Xəbəri paylaş
8318 dəfə oxunub.
Digər xəbərlər

1-07-2016, 13:49
"Fəlakət" və "Şirin" istirahətdə - FOTO
14-08-2016, 19:56
"Google"də gizli sözlər və məlumatlar - Bunları yazsanız.... VİDEO
5-11-2020, 15:00
"Azərbaycan işğal altında olan ərazisinin böyük hissəsini azad edib" - İlham Əliyev
2-11-2015, 22:41
Goranboyda yol qəzası: 3 yaralı
11-05-2015, 14:00
Aparıcı Emil Şahzadənin nikah mərasimi baş tutub. - FOTOLAR
19-11-2021, 12:27
Nigar Şabanova sənətdən gedir: Səbəbini açıqladı...
30-08-2017, 15:07
"3 övladımı uşaqlar evindən götürmüşəm" - Roza Zərgərli
1-10-2016, 15:07
Nərimanovda dəhşətli qəza - Video
24-07-2016, 09:45
ŞOK!!! ZƏRBAYCANLI STİLİST ÖLKƏNİ HƏMİŞƏLİK TƏRK EDİR.
3-12-2015, 11:27
Dollar bahalaşdı