Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Namizədlərdən seçki AÇIQLAMALARI
Tarix: 12-04-2018 | Saat: 11:27
Bölmə:M / Karusel / Gündəm | çapa göndər

“Azərbaycan” qəzeti dünən keçirilən səsvermədə İlham Əliyevə məğlub olan namizədlərdən açıqlama açıb.
Zahid Oruc: 
 
Prezidentin ölkəmizin hərtərəfli inkişafı, dövlətçiliyimizin möhkəmləndirilməsi və beynəlxalq nüfuzunun artırılması sahəsindəki çoxşaxəli fəaliyyəti təkcə bir partiyanın, yaxud hakimiyyətin deyil, əqidəsindən asılı olmayaraq, hər bir kəsin maraq və mənafelərinin qorunmasını təmin edir. Ona görə də 11 aprel seçkilərinin nəticələri hamımızın qələbəsidir. Burada məğlub olan yoxdur.
Möhtərəm prezidentin böyük səs çoxluğu ilə qələbə qazanması ondan xəbər verir ki, xalq onun rəhbərliyi altında sabitliyə və təhlükəsizliyə, həyat səviyyəsinin yüksəldilməsinə, ölkəmizin ərazi bütövlüyünün təmin olunmasına dərin inam bəsləyir. Bir sözlə, İlham Əliyevin qələbəsi Azərbaycanın dövlət müstəqilliyinin 100 illiyinə ən böyük töhfədir. 
 
Qüdrət Həsənquliyev: 
 
Bu seçki daha güclü, demokratik Azərbaycana, Qarabağın azad olunmasına yol açan siyasi xətti dəstəklədi. İnşallah, biz Qarabağı azad edəcəyik. Daha güclü, demokratik Azərbaycan quracağıq. Xeyirli, uğurlu olsun!
“Exit-poll”arın nəticələrindən və Mərkəzi Seçki Komissiyasının açıqladığı ilkin nəticələrdən bəlli olur ki, İlham Əliyev prezident seçkilərində qalib gəlib. Mən cənab İlham Əliyevi təbrik edirəm, ölkəmizdə yaşanan bəzi problemlərin həllində, o cümlədən Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasında ona uğurlar arzulayıram.
 
Araz Əlizadə: 
 
İlham Əliyevi şəksiz qələbəsi münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Ona cansağlığı və həmişə xalqına xidmət etməyi arzu edirəm. 
Azərbaycan sizin rəhbərliyiniz altında özünə böyük qardaş axtarmır, bərabərhüquqlu dost axtarır. 
Gün o gün olsun ki, qələbə bayrağımız Şuşada dalğalansın.
 
Razi Nurullayev: 
 
Səsvermənin nəticələrinə görə hazırkı dövlət başçısı İlham Əliyev qalibdir. İlham Əliyevin qələbəsi böyükdür, ədalətlidir. Mən cənab İlham Əliyevi birincilik münasibətilə təbrik edir, həmçinin Azərbaycanın siyasi və iqtisadi inkişafında yeni səhifə açmasını istəyirəm. 



7238 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___