Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Aşıq Şəmşir” Mədəniyyət Oçağı İctimai birliyinin seçki təbliğat-təşviqat kompaniyası çərçivəsində İşıqlı Gələçəyimizə - İLHAMLA İRƏLİ adlı növbəti tədbir keçirdi
Tarix: 5-04-2018, 09:43 | Saat: 15:47:00
Bölmə:M / Karusel / Gündəm / Foto-fakt | çapa göndər



Xəbəraz.Az xəbər verir ki,tədbirdə Kəlbəcərli gənclər iştirak edib. 
Tədbiri “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədr müavini Həbib Misirov açaraq bildirib ki, aprel ayının 11-də xalqımız üçün taleyüklü bir gündür. Həmin gün xalqımız bir daha siyasi iradəsini ortaya qoyaraq, öz gələcəyini yenə də əmin əllərə tapşıracaqdır. Bu fikri tam əminliklə deyə bilərik. Çünki ölkəmizdə olan inkişaf, rifah bunu deməyə imkan verir. 
Həbib Misirov çıxışında xüsusi vurğuladı ki, özünü siyasi mühacir kimi qələmə verən bəzi üzdən iraq, sapı özümüzdən olan balatalar öz şəxsi mənafelərinə görə ökləmiz və onun layiqli insanları haqında böhtan və təhqir dolu fikirlər səsləndirirlər. Lakin Azərbaycan xalqı, o cümlədən Kəlbəcər ictimaiyyəti agı-qaradan seşməyi bacarır və bu cür çağırışları kəskin şəkildə pisləyir. Biz əminik ki, aprel ayının 11-ə təyin olunmuş president seçkilərində xalqımızın böyük oğlu, dünya miqyaslı siyasi xadim, ümummilli liderimiz Heydər Əliyevin davamçısı İlham Əliyev böyük səs üstünlüyü ilə qələbə qazanacaqdır. Kəlbəcərli gənclər 11 Aprel Prezident seçkilərində gənçlərin lideri İlham Əliyevə səs verəcəklər. 
Sonra Bakı Dövlət Universitetinin dosenti Ələmdar Cabbarlı çıxış etdi. O, gənclərin nəzərinə çatdırdı ki, 90-cı illərdə ölkəmizdə yaranmış gərgin ictimai-siyasi durumdan xalqımız məhz ümummilli liderimiz Heydər Əliyevin misilsiz xidmətləri sayəsində çıxdı, Azərbaycan dağılmaq, parçalanmaq təhlükəsindən xilas oldu. Ona görə də bu uğurlu siyasəti davam etdirmək, ölkədə yaradılan sabitliyi qorumaq üçün hər bir Kəlbəcərli gənc Ulu öndərin layiqli davamçısı İlham Əliyevə səs verəcəkdir. Natiq daha sonra bildirdi ki, bütün kəlbəcərlilər, o cümlədən gənclər möhtərəm cənab Prezidentin Azərbaycan klassik aşıq ədəbiyyatının görkəmli nümayəndəsi Aşıq Şəmşirin anadan olmasının 125 illiyinin keçirilməsi haqqında imzaladığı Sərəncamı məmnunluq hissi ilə qarşılayıblar. Ələmdar Cabbarlı vurğuladı ki, Kəlbəcər ictimaiyyəti görkəmli şair və ustad aşıq Dədə Şəmşirin irsinə cənab Prezident tərəfindən verilən yüksək qiyməti ümumilikdə çoxəsrlik tarixi olan ədəbiyyatımıza, aşıq sənətinə, o cümlədən Kəlbəcər ədəbi mühitinə verilən yüksək qiymət kimi dəyərləndirir. O, qeyd etdi ki, ağı qaradan, pisi yaxşıdan ağsaqqal müdrikliyi ilə seçən Dədə Şəmşir bədii yaradıcılıqla məşğul olduğu sovet dövründə heç bir partiya və hökumət xadiminə şeir həsr etməmişdir. O, yalnız xalqımızın xilaskarı, ulu öndər Heydər Əliyevə silsilə şeirlər həsr etmiş, onu görkəmli ictimai-siyasi xadimi kimi yüksək dəyərləndirmişdir. Ona görə biz Kəlbəcərlilər – Dədə Şəmşirin yurddaşları, mənəvi varisləri də hər zaman ağsaqqallarımızın göstərdiyi haqq yolu ilə gedəcəyik, dövlətimizə, onun rəhbərinə sadiq olacağıq. 
Daha sonra İctimai Televiziyanın aparıcısı Qorxmaz Tofiqoğlu çıxış edərək dövlətimizin mədəniyyət siyasəti haqqında geniş çıxış etdi. O, eyni zamanda vurğuladı ki, möhtərəm Prezidentimizin apardığı uğurlu siyasət nəticəsində işğal olunmuş torpaqlarımız azad olunacaq, soydaşlarımız öz dədə-baba yurdlarına qayıdacaq. Qorxmaz Tofiqoğlu vurğuladı ki, aprel qələbələri bunu deməyə ciddi əsas verir. 
Tədbrin davamında gənclər də çıxış edərək dövlətimizin siyasətini dəstəklədiklərini bildirdilər və vurğuladılar ki, hamı bir nəfər kimi aprel ayının 11-də seçki məntəqələrinə gedərək ən layiqli namizədə səs verəcəklər.


198 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
Adınız:*
E-Mail:
Şərhiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:
47-20+5=
Cavabınız:*
 

Anket

XƏBƏRAZ.AZ-ı Daha Çox Hansı Sosial Şəbəkələrdən İzləyirsiniz?

 
bütün xəbərlər
«    Aprel 2018    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
____ Instagram ___