İlham Əliyevdən SƏRƏNCAM - 45,3 milyon manat ayrıldı
Tarix: 02-04-2018 | Saat: 20:32
Bölmə:M / Karusel / Gündəm | çapa göndər
Prezident İlham Əliyev Sabirabad və Salyan rayonlarında yerləşən qış otlaqlarında meliorativ tədbirlərin həyata keçirilməsi haqqında sərəncam imzalayıb.
Aqrar sahədə aparılan uğurlu islahatlar nəticəsində bir sıra strateji məhsullara tələbatın yerli istehsal hesabına tam ödənilməsinə, ölkənin ərzaq təhlükəsizliyində xarici bazardan asılılığın azalmasına, ixracyönümlü məhsulların istehsal həcminin artmasına və bununla da regionların davamlı inkişafına nail olunmuşdur. Son illərdə respublikada müasir tələblərə cavab verən su anbarlarının, nasos stansiyalarının, suvarma kanallarının və digər su təsərrüfatı obyektlərinin tikilməsi on minlərlə hektar torpaq sahəsinin əkin dövriyyəsinə cəlb edilməsi və aqrar sektorun inkişafı üçün böyük əhəmiyyət kəsb etmiş pambıqçılığın, taxılçılığın və digər kənd təsərrüfatı bitkiləri və heyvandarlıq məhsulları istehsalının genişləndirilməsinə xidmət edən aqroparkların və iri kənd təsərrüfatı müəssisələrinin açılmasına şərait yaratmışdır.
Həmçinin ötən dövr ərzində mövcud potensialdan səmərəli istifadə olunaraq, az məhsuldar qış otlaq sahələrinin suvarma suyu ilə təminatı və əkin dövriyyəsinə cəlb edilməsi istiqamətində tədbirlər görülmüşdür. Belə ki, Sabirabad və Salyan rayonlarında yerləşən qış otlaqlarında meliorativ tədbirlərin aparılması layihəsi çərçivəsində 2017-ci ildə qış otlaqlarında görülmüş meliorasiya işləri nəticəsində 5000 hektar əraziyə suvarma suyu çatdırılmışdır.
Sərəncamda qeyd edilir ki, Sabirabad və Salyan rayonlarında yerləşən qış otlaqlarında meliorativ tədbirlərin aparılması layihəsi çərçivəsində işlərin davam etdirilməsi və sahəsi 11000 hektara yaxın olan qış otlaq sahələrinə suvarma suyunun çatdırılması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.47.13-cü yarımbəndində göstərilmiş məbləğin 45,3 milyon (qırx beş milyon üç yüz min) manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılsın.
Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək, Maliyyə Nazirliyinə sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılır.
Xəbəri paylaş
6798 dəfə oxunub.
Digər xəbərlər

7-06-2016, 06:26
Ramazan ayı başlayır
24-05-2017, 21:39
Əkizlər avtomobillə vurduqları 87 yaşlı babaya toy etmək istəyir
24-02-2016, 09:10
Sığortasız maşınlar radara düşəcək
27-03-2020, 11:09
Hərbi xidmətə çağırışın müddəti uzadılır
7-01-2016, 13:56
Bakıda avtomobil yanır – VİDEO
5-08-2016, 23:05
İnsan bədənindəki xalların mənaları
15-09-2022, 13:56
“Mehnur” Reabilitasiya Mərkəzinin direktoru və işçilərinin həbs edilməsi tələbi təmin edilməyib
26-04-2016, 12:15
DİN məktəbli qızın intiharı ilə bağlı MƏLUMAT YAYDI
9-12-2020, 14:45
Paşinyanın istefasını istəyən etirazçılar dövlətlərarası magistralı qapatdılar - VİDEO
29-06-2017, 12:01
Bu maska cavan qalmağa kömək edəcək