Səfirlikdən Rəhim Şəkinski və həyat yoldaşının güllələnməsi ilə bağlı - AÇIQLAMA
Tarix: 01-04-2018 | Saat: 09:30
Bölmə:M / Karusel / Hadisə | çapa göndər
Martın 30-da Fransanın Tuluz şəhərində baş vermiş cinayət əməli nəticəsində Rəhim Namazovun həyat yoldaşının qətlə yetirilməsi və özünün ciddi yaralanması ilə bağlı Azərbaycanın bu ölkədəki səfirliyi açıqlama yayıb.
Azərbaycan səfirliyi cinayət əməlinin qurbanının ailəsinə və yaxınlarına başsağlığı verir.
Səfirlik diqqətə çatdırır ki, Rəhim Namazov Azərbaycanda dəfələrlə dələduzluğa görə məhkum olunub. Onun Fransada və ya xaricdə mafiya strukturları ilə əlaqə saxlaması bəllidir. Rəhim Namazov Azərbaycanda heç vaxt jurnalistika fəaliyyəti ilə məşğul olmayıb. Onun jurnalist olmadığı fransız mediası, eləcə də Azərbaycan jurnalistləri və Sərhədsiz Reportyorlar Təşkilatı tərəfindən təsdiqlənib.
Açıqlamada bildirilir ki, Rəhim Namazov 2014-2016-cı illərdə səfirliklə dəfələrlə əlaqə saxlayıb və onun bütün konsulluq prosedurları və istəkləri mümkün olan ən yaxşı şəraitdə yerinə yetirilib.
Səfirlik xatırladır ki, dünəndən bu cinayət əməlinin aydınlaşdırılması üçün Fransanın istintaq orqanları və Tuluz şəhərinin polis xidməti ilə müntəzəm əlaqə saxlayır.
Xəbəri paylaş
9308 dəfə oxunub.
Digər xəbərlər

10-06-2016, 19:43
ABŞ: “Bu məsələ Obama gedənəcən həll oluna bilər”
1-10-2017, 19:50
Ərdoğan nəvəsi üçün alış-verişdə - FOTO
9-06-2015, 13:15
Zülfiyyə Xanbabayeva həyat yoldaşı ilə - FOTO
23-11-2016, 19:21
“Instagram” Aygün Kazımovanın ulduz statusunu təsdiqlədi - FOTO
1-08-2015, 16:35
Mina partladı, bir əsgər öldü
8-05-2017, 10:33
Bakıda it 3 yaşlı uşağın qulağını qopardı
19-05-2017, 11:55
Azərbaycanda yol qırğını: 4 ölü, 16 yaralı
1-05-2015, 14:05
Xırdalanda Nənə-ilə- Nəvəni maşın vurdu -ÖLƏN VAR
9-08-2017, 13:36
Hava sərinləşir, yağış yağacaq
9-05-2022, 14:38
DTX əməkdaşları "Heydər zirvəsi"nə yürüş etdi