Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Xəzərdə gəmilərin hərəkəti dayandırıldı
Tarix: 30-03-2018 | Saat: 12:41
Bölmə:M / Karusel / Gündəm | çapa göndər


"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC qasırğa xəbərdarlığı ilə əlaqədar Xəzər dənizində gəmilərin hərəkətini dayandırıb.
Bunu QSC-nin mətbuat xidmətinin rəhbəri Mehman Mehdiyev deyib.
Onun sözlərinə görə, qurum martın 30 və 31-də açıq dənizdə arabir 30 m/s-dən yüksək sürətli küləyin gözlənilməsi ilə əlaqədar təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədilə bir sıra addımlar atıb:
"Gəmilərin təhlükəsizliyinin təmin olunması üçün müvəqqəti olaraq hərəkət dayandırılıb. Gəmilər lövbərdə dayanıb və gözləmə vəziyyətindədir. Hava şəraitinin yaxşılaşmasından sonra gəmilərin hərəkəti bərpa olunacaq".
Qeyd edək ki, meteoroloqların verdiyi hava proqnozuna əsasən, bu gün və sabah gündüzə kimi Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyi əsəcək, küləyin sürəti 18-23, arabir 25-30 m/s olacaq, yarımadanın bəzi yerlərində arabir 32-35 m/s-dək güclənəcək.


Xəbəri paylaş

7378 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___