Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Leyla Əliyevanın iki dəfə təbrik etdiyi “Marsey” idman klubunun Bakıda açılışı olub – FOTO
Tarix: 27-03-2018 | Saat: 21:30
Bölmə:M / Karusel / Gündəm | çapa göndər



“Uşaqlar və gənclər məşq etmək üçün bizə müraciət edəndə, onlarla qısa müsahibə aparırıq və onlara nə məqsədlə idmanla məşğul olacağını soruşuruq. Onlar biri-birindən maraqlı fikirlər səsləndirirlər. Amma bütün bunlara baxmayaraq, biz hər bir şəxsə idmanın faydalarından danışırıq. Tələbələrə məsləhət edirik ki, küçədə, məktəbdə, ümumiyyətlə, ictimai yerlərdə idmandan öyrəndiklərinizi tətbiq etməyin: səbirli olun, ağıllı davranın və əsasən dərslərinizdən yayınmayın, çoxlu kitablar oxuyun. İdmanla yalnız onun üçün məşğul olun ki, məşqlərdə nümunəvi, əzmkarlıq göstərəsiniz və yarışlara qatılasınız, qalib olasınız. Bununla da həm Azərbaycanın bayrağını yüksəklərə qaldırmış, həm də güclü olduğunuzu isbat etmiş olacaqsınız. Ümumiyyətlə, tələbələrimizi pis vərdişlərdən uzaq tutmağa çalışırıq. Onlara mütəmadı olaraq xəbərdarlıq edirik ki, çayxanalarda, qəlyanxanalarda və yaxud əyləncə mərkəzlərində vaxt keçirdiklərini bilsək, yarışlardan uzaqlaşdıracağıq. Tələbələrimizə ciddi nəzarət edirik.”
Bunu ötən gün Bakıda açılışı olan “Marsey” idman klubunun MMA (Mixed Martial Arts - qarışıq döyüş sənəti) üzrə məşqçisi, peşəkar idmançı Əhməd Rüstəmov deyib. O, klubun fəaliyyətindən bəhs edərək bildirib ki, Ümumrusiya Azərbaycan Konqresinin yerli nümayəndəliyinin rəhbəri və “Marsey” idman klubunun prezidenti Seyran Hüseynovun dəstəyi ilə eyniadlı klubu ilk dəfə Azəbaycanda Bakıda təsis ediblər:
““Marsey” idman klubu Kanadada, Kubada, Dağıstanda, o cümlədən Rusiyanın paytaxtı Moskva şəhərində fəaliyyət göstərir.
Bakıdakı Klubda üzgüçülük, fitnes, kikboksinq və MMA məşqləri keçirilir. Kikboksinq idman növündən, beynəlxalq dərəcəli məşqçi və Azərbaycanın əməkdar məşqçisi Ruhi Hüseynov dərs deyir. Həmçinin Ruhi müəllim klubun baş məşqçisidir. Fitnes üzrə məşqçimiz isə 25 illik təcrübəyə malik Rauf Əliyevdir.



Xəbəri paylaş

1 4558 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___