Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İstanbulda formal oyun, “Barselona” “Çelsi”ni qəbul edir
Tarix: 14-03-2018 | Saat: 13:23
Bölmə:M / Karusel / Gündəm / İdman | çapa göndər



Bu gün Çempionlar Liqasında 1/8 finalın sonuncu cavab matçları oynanılacaq. Apasport.az saytının məlumatına görə, günün görüşlərindən sonra 1/4 finala yüksəlmiş bütün komandaların adlarına aydınlıq gələcək.
 
İstanbulda baş tutacaq “Beşiktaş” – “Bavariya” qarşılaşması formal xarakter daşıyacaq. Almanlar evdə rəqibin qapısından 5 cavabsız top keçirərək, türkiyəlilərə möcüzə üçün ümid yeri də qoymayıblar. Bu üzdən Yupp Haynkes aparıcı oyunçularına istirahət verə bilər.
 
1/8 final mərhələsi “Barselona” – “Çelsi” matçı ilə başa çatacaq. Buna da bir növ erkən final demək olar. İngiltərədəki qollu bərabərlikdən sonra kataloniyalılar daha şanslıdılar. Üstəlik, “Çelsi”nin cari mövsümdəki uğursuz çıxışı güclü rəqiblə oyunöncəsi “zadəganlar”ın azarkeşlərini ciddi şəkildə narahat edir. Londonlular səfərə ideal heyətlə yollana biləcəklər. Cari mövsüm La Liqa və Çempionlar Liqasında məğlubiyyətin nə olduğunu bilməyən “Barsa”da isə Andres İnyestanın durumu qeyri-müəyyəndi. Kapitan oyuna qədər sağalmağa çalışsa da, son sözü oyun günü klubun həkimləri deyəcək.
 
 
Çempionlar Liqası
1/8 final (cavab oyunları)
14 mart
 
21:00. “Beşiktaş” (Türkiyə) – “Bavariya” (Almaniya)
Baş hakim: Maykl Oliver (İngiltərə)
İstanbul, “Vodafone Park” stadionu
İlk oyun – 0:5
 
23:45. “Barselona” (İspaniya) – “Çelsi” (İngiltərə)
Baş hakim: Damir Skomina (Sloveniya)
Barselona, “Nou Kamp” stadionu
İlk oyun – 1:1


Xəbəri paylaş

8888 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___