1800 daimi iş yerinin açılması gözlənilir - MÜJDƏ
Tarix: 12-03-2018 | Saat: 21:38
Bölmə:M / Karusel / Gündəm | çapa göndər
Azərbaycan qazının Avropaya çatdırılmasını nəzərdə tutan "Cənub Qaz Dəhlizi" layihəsi regionda əməkdaşlığın inkişafına və qaz mənbələrinin diversifikasiyasına xidmət edir.
Xəbəraz.Az xəbər verir ki, bunu Trend və "Azernews"a müsahibəsində Asiya İnkişaf Bankının (AİB) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Nəriman Mannapbekov deyib.
N.Mannapbekov deyib: "AİB-in əsas vəzifələrindən biri öz üzvləri arasında, o cümlədən enerji təhlükəsizliyinin təminatına ehtiyacı olan ölkələr arasında regional əməkdaşlığın dəstəklənməsidir. "Cənub Qaz Dəhlizi" məhz bu məsələlərə cavab verir. Biz hesab edirik ki, bu layihə dövlət üçün əlavə gəlir mənbəyi ola bilər və bu gəlirlər sosial proqramların reallaşdırılması və ya iqtisadiyyatın diversifikasiyası üçün istifadə oluna bilər. Layihənin başa çatmasından sonra azı 1800 daimi iş yerinin açılması gözlənilir".
Qeyd edək ki, AİB "Cənub Qaz Dəhlizi" QSC üçün bir milyard dollar məbləğində vəsaiti razılaşdırıb.
"Cənub Qaz Dəhlizi" Avropa İttifaqı üçün prioritet layihələrdəndir və 10 milyard kubmetr Azərbaycan qazının Gürcüstan və Türkiyədən keçməklə Xəzər regionundan Avropaya çatdırılmasını nəzərdə tutur.
Layihənin dəyəri 40 milyard dollardan çox təşkil edir.
Xəbəri paylaş
8288 dəfə oxunub.
Digər xəbərlər

4-04-2020, 12:01
Qarabağdakı kriminal rejimin qara günləri – “İrəvan separatçılara kömək edə bilməyəcək...”
18-02-2016, 17:35
“Ruzigar”, “Peşiman”, “Əkbər-İmran” adlarının qoyulması üçün....
20-02-2018, 13:35
Prezidentin sərəncamı - minlərlə şəhid ailəsini sevindirəcək
16-06-2018, 11:44
Ramazandan sonra necə qidalanmaq lazımdır?
14-07-2015, 11:20
Heydər Əliyevin hakimiyyətə gəlməsindən 46 il ötür
24-07-2017, 21:27
Ərəblərlə bağlı bu məlumatları oxumadan küçəyə çıxmayın
5-04-2015, 15:25
K-1 döyüşçümüz moldovalı rəqibi üzərində qələbə qazandı - FOTO
5-06-2016, 00:30
Məhəmməd Əli Corc Buşu belə biabır etmişdi – Video
13-09-2023, 10:57
Azərbaycanda itkin düşən 14 yaşlı qız "ƏR EVİNDƏN" çıxdı
25-10-2016, 15:10
Bakıda "avtoş"luq edən general oğlu tutuldu - Sürücülük vəsiqəsi alındı