İlham Əliyev: “Seçkilər xalqının iradəsini əks etdirəcək”
Tarix: 12-03-2018 | Saat: 15:02
Bölmə:M / Karusel / Gündəm | çapa göndər
Azərbaycan prezidenti İlham Əliyev ATƏT Parlament Assambleyasının sədri Georgi Tseretelinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə Azərbaycan ilə ATƏT Parlament Assambleyası arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirilib, martın 13-də ATƏT Parlament Assambleyasının İpək Yoluna Dəstək Qrupunun ilk beynəlxalq sessiyasının Bakıda keçiriləcəyinin önəmi vurğulanıb və bunun əməkdaşlığın möhkəmlənməsi işinə töhfə verəcəyi qeyd olunub.
Görüşdə, eyni zamanda, ATƏT Parlament Assambleyası sessiyalarından birinin ölkəmizdə təşkil olunacağı məmnunluqla qeyd edilib.
Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunulub. Dövlət başçısı qeyd edib ki, Ermənistanın Azərbaycana qarşı işğalına son qoyulmalı və bu münaqişə ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır.
Görüşdə, eyni zamanda, Azərbaycanda qarşıdan gələn prezident seçkilərinə də toxunulub. Prezident İlham Əliyev bu seçkilərin ədalətli, şəffaf şəkildə keçiriləcəyinə və Azərbaycan xalqının iradəsini əks etdirəcəyinə əminliyini ifadə edib.
Georgi Tsereteli Bakıda gördüyü inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını bildirib, Azərbaycanın iqtisadi uğurlarının böyük maraq doğurduğunu və bunun ümumilikdə bütün regionun inkişafına töhfə verdiyini vurğulayıb.
Söhbət zamanı, həmçinin əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Xəbəri paylaş
7608 dəfə oxunub.
Digər xəbərlər

1-12-2015, 10:09
Balakən Aviasiya Mərkəzinin rəisi dünyasını dəyişdi
26-09-2023, 10:42
Mərkəzi Klinika: "Qənirə Paşayevanın vəziyyəti ağır olaraq qalır"
19-01-2018, 18:08
Prezident sərəncam imzaladı
2-09-2015, 19:52
Düşmənə ağır zərbə vuruldu 18 nəfər öldürüldü
29-06-2017, 22:43
İŞİD lideri öldürülüb: fotoları yayıldı - FOTO
15-07-2015, 16:29
Oğurluq etdi ama yaxasını ələ verdi
14-04-2018, 11:48
ABŞ Suriyanı bombaladı
24-11-2020, 12:43
23 yaşlı qadın yataqda ərini anası ilə tutdu
23-12-2016, 21:43
QADIN GÖZƏLLİYİ FOTOQRAF AZƏR CƏFƏRİN OBYEKTİVİNDƏ – FOTOSESSİYA