Təhsil Nazirliyi və DİM Yevlaxda baş verən qəza barədə birgə məlumat yayıb
Tarix: 11-03-2018 | Saat: 17:29
Bölmə:M / Karusel / Gündəm | çapa göndər
Kəllə-beyin travması alan bir şagird və məktəb əməkdaşının müalicəsi üçün Bakıdan həkim briqadası ezam olunubu gün respublikamızın 27 şəhər və rayonunda ümumtəhsil müəssisələrinin məzunları üçün ümumorta təhsil səviyyəsi üzrə (9-cu sinif) buraxılış imtahanının birinci mərhələsi keçirilib.
APA-nın məlumatına görə, Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzinin yaydığı birgə məlumatda qeyd edilir ki, bu imtahanda iştirak etmək üçün Yevlax rayonu Aran qəsəbə 1 nömrəli tam orta məktəbinin 15 şagirdi, 1 direktor müavini və 1 nəfər məktəbin əməkdaşından ibarət heyəti aparan mikroavtobus Yevlax rayonu ərazisində qəzaya uğrayıb.
Hadisə zamanı xəsarət alanlardan 12 nəfəri Yevlax Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Onların xəsarəti yüngül olduğundan ilkin tibbi yardımdan sonra xəstəxanadan evlərinə buraxılıblar. Digər 5 nəfər xəsarət alan şəxs Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Şagirdlərdən 3 nəfərin vəziyyəti qənaətbəxşdir və müalicəsi davam etdirilir. Qəza nəticəsində “kəllə beyin” travması alan 1 şagird və məktəbin əməkdaşının müalicəsini davam etdirməsi üçün Səhiyyə Nazirliyi tərəfindən Bakı şəhərindən həkim briqadası ezam olunub. Hazırda Təhsil Nazirliyinin və DİM-in rəsmiləri Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasındadırlar: "Qəza zamanı xəsarət alanlara şəfa diləyir və tezliklə normal həyatlarına qovuşmalarını arzu edirik!".
Xəbəri paylaş
1 1078 dəfə oxunub.
Digər xəbərlər

5-01-2017, 15:22
Neft bahalaşacaq – Nazirdən müjdə
11-02-2016, 15:10
Fahişə işləyən qadın təsadüfən ərinin sifarişinə gəlib
24-09-2016, 14:51
Yorğunluq, əsəb, unutqanlıq və çarəsi
24-11-2015, 01:04
Whatsapp-dan Yenilik (2015)
29-07-2015, 02:05
İsti havaların vazkeçilməzi olan qarpız... - Bunu izləyin! - VİDEO
11-10-2016, 10:54
Aşura günü bu məscidlərdə qanvermə aksiyaları olacaq - SİYAHI
10-08-2018, 18:39
45 yaşlı kişi bir saqqıza 9 yaşlı qızı necə zorladı? — DƏHŞƏTLİ CİNAYƏTİN TƏFƏRRÜATLARI
1-08-2022, 13:38
Səhərlər ağızda acı dad hiss edirsinizsə...
3-10-2021, 14:47
Sabah yağış, dağlıq ərazilərə qar yağacaq