Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Sarkisyanı Yanukoviçin taleyi gözləyir (FOTO, VİDEO)
Tarix: 06-07-2015 | Saat: 15:07
Bölmə:M / Karusel / Siyasət / M2 / Xəbəraz TV | çapa göndər

Sarkisyanı Yanukoviçin taleyi gözləyir (FOTO, VİDEO)

"Ermənistan Elektrik Şəbəkəsi" 148 min dollar cərimələndi, əhali Serjin gedəcəyi günü gözləyir.
Ermənistanda elektrik enerjisi ilə bağlı başlanan etiraz aksiyaları nisbətən səngisə də, hakimiyyətə oturanlar hələ də əndişə içindədirlər.

ANS PRESS-in məlumatına görə, erməni mətbuatının yazdığı kimi, indi İrəvanı daha bir maraqlı, gülməli və ilk başlanğıcda etirazçıları razı sala biləcək qədər mühüm hadisə baş verib. Belə ki, enerji qiymətlərinin artırılması barədə təklif irəli sürən "Ermənistan Elektrik Şəbəkəsi" Qapalı Səhmdar Cəmiyyətini 148 min dollarlıq cərimə gözləyir.

Ermənistanın ictimai xidmətlərinin nizama salması üzrə komissiyası 13 qeyri-qanuni qərara görə "Ermənistan Elektrik Şəbəkəsi" QSC-ni 70 milyon dram, yəni indiki məzənnə ilə 148 min dollar cərimələyib. Bu barədə qərar komissiyanın saytında dərc edilib. Cəriməyə səbəb kimi elektrik şəbəkəsinə yeni abunəçilərin qoşulmasının köhnə qaydalar əsasında aparılması göstərilir. Qoşulma üçün adi ödəmədən başqa, abunəçilərə əlavə ödəmələr təklif edilir və bundan başqa əhalidən 5 illik ödəniş aparılması tələb kimi qoyulur.

Komissiya bildirib ki, belə işlər korrupsiya halıdır və istehlakçı yalnız qoşulma üçün ödəniş etməlidir.


Elektrik şəbəkəsi


İrəvan aksiyası

İrəvanda isə etiraz aksiyaları səngimir. Əhali gecələrini Baqramyan meydanında keçirir. Tarif Komissiyasının bu qərarı onların ürəyini soyutmayıb. Bu gecə insanlar musiqi sədaları altında aksiyalarını davam etdiriblər. Onları Ermənistanın Polis İdarəsinin rəisi Vladimir Qasparyan keşiş çəkib. Gecə görüntülərini əks etdirən videolarda bunu aydın görmək mümkündür.

O, əhalini sakitliyə riayət etməyə, evlərinə getməyə səsləsə də, onun bu çağırışı heç bir nəticə verməyib.



Aksiya təşkilatçıları və meydana toplaşanlar tələblərində sonadək dayanacaqlarını, aparılan auditin nəticələrinin necə olmasından asılı olmayaraq buranı tərk etməyəcəklərini söyləyiblər. Onlar əsasən ölkəni və xalqı pis günə salan indiki hakimiyyətlə vidalaşmağın yeganə yolunun aksiyaların davamlı şəkildə gücləndirilməsi və genişləndirilməsi fikrindədirlər. Beləliklə, Serj Sarkisyan klanının gedəcəyi günü yaxınlaşdırmalıyıq. Əhali onun və dəstəsinin gedəcəyi günü gözləyir. Çox güman ki, Sarkisyanı Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçin taleyi gözləyir.


Polis insanlara səslənir


İrəvan aksiyaçıları indi də oxumağa başladılar (FOTO, VİDEO)

Bu il iyunun 19-dan başlayaraq ölkədə elektrik enerjisinin bahalaşmasına qarşı mitinqlər keçirilir. İyunun 23-də Baqramyan prospektində kütləvi etiraz aksiyasını dağıtmaq üçün, Prezident Administrasiyasına doğru istiqamət alan nümayişçilərə qarşı polis güc tətbiq edib və nəticədə 25 insan zərər çəkib, 250-dən çox insan saxlanılıb, işgəncələrə məruz qalıb.
Onlar elektrik enerjisinə tarifin artımı haqqında iyunun 17-dən Tarif Komissiyanın qərarının ləğv olunmasını tələb edirlər. Qərara əsasən avqustun 1-dən qiymətlər 6,93 dram, yəni (16,7%) bahalaşacaq.



İrəvan aksiyası

Görünən odur ki, Serjin bu belfi də puça çıxır. Ermənistan prezidenti düşünürdü ki, "Ermənistan Elektrik Şəbəkəsi" Səhmdar Cəmiyyətində Avrasiya İqtisadi İttifaqının "İnter RAO" şirkəti tərəfindən audit keçirilməsi haqqında göstəriş verməklə iş bitəcək. Amma, görünən odur ki, bu, belə olmadı. Təbii ki, bu, Sarkisyanın əhalini sakitləşdirmək üçün növbəti yalançı planı idi. İndi İrəvan rejiminin və onun başında duran Serj Sarkisyanın bircə ümidi var. O da Vladimir Putinin ətəyindən yapışmaq. Çünki Putin Serjin başına sığal çəkməsə, onun hakimiyyətinin süqutu tezliklə yaxınlaşacaq.

Bunu ölkə parlamentinin deputatları da etiraf ediblər. Məsələn, Respublika Partiyasından olan deputat Samvel Nikoyan son vaxtlar ölkədə cərəyan edən hadisələrdə Moskvanı günahlandırıb, İrəvan hakimiyyətini Kremlə yaltaqlanmaqda günahlandırıb və bildirib ki, Ermənistanın bütün energetika sistemi Rusiyanın əllərində cəmləşib və bu, ölkə həyatı üçün yaxşı heç nə vəd etmir.

Samvel Nikoyan: Serj Putin qarşısında diz çöküb (FOTO)


Vladimir Putun və Serj Sarkisyan

Bir sözlə, İrəvanda vəziyyətin hansı istiqamətdə cərayan edəcəyini təxminən bilmək mümkündür. Amma real nəticəni zaman göstərəcək.



Xəbəri paylaş

6128 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___