Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycanda hərbi zavodda partlayış
Tarix: 06-07-2015 | Saat: 14:29
Bölmə:M / Karusel / Hadisə / M2 / Foto-fakt | çapa göndər

Azərbaycanda hərbi zavodda partlayış
İlkin məlumata görə, hadisə nəticəsində ölən və yaralananlar var.
Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən Telemexanika Zavodunda yanğın və partlayış baş verib.

Xeberaz.az xəbər verir ki, Şirvan Şəhər Polis İdarəsinin növbətçi hissəsindən ANS PRESS-ə verilən məlumata görə, zavodda yanğın baş verib. Yanğın günorta saatlarında başlayıb.

Hələlik hadisənin təfərrüatları bəlli deyil. Növbətçi hissədən verilən məlumata görə, idarənin əməkdaşları hazırda hadisə yerindədir.

“Bizdə olan məlumata görə, yaralaılar var. Ölüm haqqında isə heç bir informasiya yoxdur. Hadisə yerində təcili yardım briqadaları, polis və prokurorluq əməkdaşları işləyir".

İlkin məlumata görə, yanğın nəticəsində yaralananların sayı 20-yə yaxındır.

Hadisə barədə ətraflı məlumat veriləcək.

ANS PRESS-in virtualaz.org-a istinadla verdiyi məlumata görə, Şirvan Telemexanika Zavodunda iriçaplı döyüş patronlarının istehsalı mərkəzi fəaliyyət göstərir. Bu mərkəz prezidentin iştirakı ilə ötən il açılıb.

Müdafiə sənayesi naziri Yavər Camalov hadisə yerindədir.




Xəbəri paylaş

6558 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___