Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Qadın alverinə görə həbsxanaya düşmüş müğənni YENƏ AXTARIŞA VERİLDİ
Tarix: 26-02-2018 | Saat: 20:21
Bölmə:M / Karusel / Gündəm | çapa göndər



Daxili İşlər Nazirliyi İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi ölkə vətəndaşı olan qadınları Türkiyəyə apararaq cinsi istismara məruz qoyan şəxslə bağlı məlumat yayıb.

Fevralın 26-da idarə əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 1981-ci il təvəllüdlü, Bakı şəhər sakini Muradova Təranə Əli qızının ölkə vətəndaşları olan qadınları Türkiyə Respublikasına aparıb insan alverinə məruz qoyması faktı müəyyən edilib. Hazırda T.Muradovanın tutularaq istintaqa təhvil verilməsi istiqamətində iş aparılır.

Qeyd edək ki, Təranə Muradova əvvəllər qadın alverinə görə polis tərəfindən tutulub. Belə ki, müğənniliklə məşğul olan Təranə Muradova bir neçə il əvvəl "Azəristar” mahnı yarışmasında iştirak etmiş Rüstəm Əlişanov və başqa bir qadınla birgə Cinayət Məcəlləsinin 144-1.2.1 və 144-2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən iki və ya daha çox şəxs barəsində insan alveri) maddəsi ilə təqsirləndirilib. Lakin o, çox keçmədən həbsxanadan çıxıb və köhnə peşəsini davam etdirib.
[email protected]



Xəbəri paylaş

2 4158 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___