Bakıda müəllim şagirdinin açıq-saçıq görüntülərini yaydı - Valideyn polisə şikayət etdi
Tarix: 22-02-2018 | Saat: 22:35
Bölmə:M / Karusel / Gündəm | çapa göndər
Bakıda müəllim şagirdinin açıq-saçıq görüntülərini yaydı - Valideyn polisə şikayət etdi (YENİLƏNDİ)
Nərimanov rayonunda yerləşən 82 saylı orta məktəbdə baş vermiş hadisə ilə bağlı materiallar hüquq-mühafizə orqanlarına təqdim edilib.
Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.
Məlumatda bildirilib ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən paytaxtdakı tam orta məktəblərdən birində qeydə alınmış məsələ ilə bağlı şagirdlər arasında müvafiq profilaktik işlər görülüb:
“Məktəbdə təlim-tərbiyə prosesinin təkmilləşdirilməsi və pedaqoji heyətin fəaliyyətinin müvafiq tələblərə tam uyğunlaşdırılması istiqamətində zəruri tədbirlər həyata keçirilib. Məktəbin bir şagirdinin (müvafiq səbəblərə görə şagirdin adı qeyd olunmur) ona aid olduğu güman edilən açıq-saçıq fotoşəkillərinin yayılmasını nəzərə alaraq, İdarəyə təqdim olunan fotoşəkil və materiallar araşdırılmaq üçün hüquq mühafizə orqanlarına təqdim olunub. BŞTİ-nin əməkdaşları, məktəb psixoloqu və müəllimlər də məsələ ilə bağlı cəlb olunub. Problemin həllində uşaqların psixoloji zərər görməməsi əsas amil kimi diqqət mərkəzində saxlanılır. Kütləvi İnformasiya Vasitələri nümayəndələrindən azyaşlıların mənafeyinin qorunması baxımından məsələnin həssaslığını nəzərə almaları xahiş olunur”.
***
Bakı şəhəri, Nərimanov rayonunda yerləşən 82 saylı orta məktəbin şagirdlərindən birinin valideyni polisə şikayət edib.
Nərimanov Rayon Polis İdarəsinin 17-ci polis bölməsinə müraciət edən C.Ş. (şərtidir) bu məktəbdə təhsil alan yeniyetmə qızının açıq-saçıq görüntülərinin yayıldığını bildirib. C.Ş. şikayətində bu məsələdə qızının Ə. (şərtidir) adlı qadın müəlliminin əli olduğunu qeyd edib. Polis faktla bağlı araşdırmalara başlayıb.
Məktəbin direktoru Leyla Fətiyevaya bu mövzuda danışmaq istəmədiyini deyib. (report)
Xəbəri paylaş
7728 dəfə oxunub.
Digər xəbərlər

9-07-2015, 18:48
Kəlbəcərli girovların taleyi müzakirə olundu
15-12-2015, 22:06
"Günəşli" yatağındakı neft quyusunda yanğın söndürülüb
15-03-2017, 14:57
Şagirdlərə daha çox istirahət vaxtı verilə bilər - YENİ TƏKLİF
23-03-2017, 23:23
İŞİD: London terrorunu biz törətmişik
21-10-2016, 10:53
“ADƏM ALMASI” AZƏRBAYCANLI MODEL – FOTOLAYİHƏ
19-05-2022, 12:42
Yuxuda üzük görmək nə vəd edir?
27-02-2019, 08:29
XİN rəhbəri Cenevrədə Dilqəm və Şahbazla bağlı məsələ qaldırdı
21-07-2016, 13:30
Nazirlikdən hava xəbərdarlığı
19-11-2017, 10:22
“Uçan” piyada zolağı istifadəyə verildi