Dağlarda arama-qurtarma ilə məşğul olan əməkdaşlar tam peşəkar deyillər-Fidan İsmixanova
Tarix: 21-02-2018 | Saat: 13:00
Bölmə:M / Karusel / Gündəm | çapa göndər
“İtkin düşən alpinistlərin tapılmaması düzgün qurulmayan işin nəticəsidir. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları bu işi bacara bilmədilər. Hadisə burda baş versəydi, o axtarışa çıxan əməkdaşlar rəsmi olaraq hesabat verməli idilər. Dronlarla ilk gündən axtarış olmalıydı”.
Bunu Türkiyənin Fövqəladə Hallar Nazirliyində işləyən azərbaycanlı xanım Fidan İsmixanova deyib. Alpinistlərin bu günə qədər tapılmamasının səbəbindən danışan İsmixanova hesab edir ki, Azərbaycanda dağlarda arama-qurtarma ilə məşğul olan əməkdaşlar tam peşəkar deyillər: “Ya o ərazinin planını bilmirlər və ya xüsusi plan xəritəsi çıxara bilməyiblər. Düzgün axtarış təyin olmayıbsa, nəticə müsbət ola bilməz. Çox güman ki, alpinistlərin üzərinə qar uçqunu düşüb. O uçqunu müəyyən edən dağçılar olmalıdır. Çox səbəb var. Mən orda olmadığım üçün tam deyə bilmirəm. Buradan mühakimə etmək ədalətsiz qərar olar. Amma mütləq bir qeyri-peşəkarlıq var. Bunun üçün də Azərbaycanın FHN işçiləri dağ təlimi almalıdırlar”.
Qeyd edək ki, ötən il dekabrın 23-də "Gilavar" hava və ekstrim idman klubunun 3 üzvü - Fəridə Cəbrayılzadə, Babur Hüseynov və Namin Bünyatzadə Quba rayonundan Tufandağ istiqamətində hərəkət edərkən onlarla əlaqə kəsilib. Bu günə qədər onlarla bağlı heç bir iz tapılmayıb.(modern.az)
Xəbəri paylaş
7848 dəfə oxunub.
Digər xəbərlər

23-02-2016, 21:00
Ağciyəri təmizləyən 6 qida: siqaret çəkənlərin nəzərinə!
11-06-2016, 15:22
Meriyadan pullu çimərliklərlə bağlı açıqlama
11-04-2017, 18:20
Bakıda ilk - 7 nəfərlik YENİ TAKSİLƏR
27-08-2020, 13:26
Daş karxanasının direktoruna məcburi göstəriş verildi
26-11-2022, 22:54
Yevlaxda İcra və Probasiya şöbəsi Qazini intihara sürükləyir – ŞOK VİDEO
7-08-2016, 23:17
Azərbaycan prezidenti: “Sabah tarixi addımlar atılacaq”
16-06-2015, 12:59
Azərbaycanlı qızı qətlə yetirən seksual manyak cəzasız qaldı