Mikayıl Cabbarov sahibkarlara müraciət etdi
Tarix: 13-02-2018 | Saat: 12:36
Bölmə:M / Karusel / İqtisadiyyat | çapa göndər

Gəlin, münasibətlərimizə yeni səhifədən başlayaq. Vergiləri ödəmək hər birinizin borcudur. Ödənilən hər manat səhiyyəmizin, təhsilimizin güclənməsinə xidmət edir.
Bunu vergilər naziri Mikayıl Cabbarov sahibkarlara müraciətində deyib.
O bildirib ki, vergidən yayınan sahibkarın dükanında qiymətlər digər dükanlara nisbətən aşağı olur. Bu isə qeyri-sağlam rəqabətə şərait yaradır:
“Dükandan kassa çeki tələb etmək ayıb sayılmamalıdır. Binanızın altında yerləşən qonşunun dükanından çek tələb olunması qonşuluq münasibətlərinizə xələl gətirə bilər, amma nəzərə alsanız ki, həmin vergilər hara xərclənir, o zaman bu addımı da atarsınız”.
Nazir bildirib ki, əsaslandırılmamış sanksiyaları yol verməmək üçün yoxlamalar vergi ödəyicisinin iştirakı ilə aparılacaq:
“Hamı səhv edə bilər. Amma bilərəkdən hansısa məlumatların saxtalaşdırılması cinayətdir”.
M.Cabbarov Vergi Məcəlləsinə dəyişikliklərə münasibət bildirib. O deyib ki, məcəlləyə tez-tez dəyişiklik edilməsini məqsədəuyğun hesab etmir:
“Vergi qanunvericiliyində tez-tez dəyişikliklər vergi riskləri yaradır. Mövcud Vergi Məcəlləsinə dəyişikliklərlə bağlı təkliflər hazırlamışıq. Vergi Məcəlləsinə dəyişikliklərlə bağlı təklifləri nəzərdən keçiririk. Martın 31-nə qədər təkliflərinizi bizə göndərin”.
6058 dəfə oxunub.
Digər xəbərlər

14-09-2016, 15:06
100 il yaşmağın SİRRİ
4-05-2016, 23:02
Ermənistan buna məcbur olacaq - Txilava
14-05-2018, 14:29
"Hərəsini bir kişi saxlayır" - Rəqsanə müğənnilər haqda
12-07-2017, 14:13
Kişilərlə qadınları bir-birinə cəzb edən 12 xüsusiyyət
21-08-2020, 08:18
Azərbaycanda Məhərrəm ayı başlayıb
7-03-2018, 11:11
Azərbaycanda son iki ayda dəm qazından zəhərlənənlərin STATİSTİKASI
9-03-2018, 11:17
Natavanla Dado barışdı - 8 martda
16-09-2017, 13:52
Sabahın havası
18-02-2016, 11:49
Azərbaycanda Sarkisyana multfilm çəkildi – VİDEO
26-06-2015, 15:33
Xoşqədəmlə Doğuş bu qızı övladlığa götürür - FOTO