Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakıda yaşayış binasında yanğın baş verib, iki polis və üç azyaşlı qohum zəhərlənib
Tarix: 03-02-2018 | Saat: 13:55
Bölmə:M / Karusel / Hadisə | çapa göndər

Bakıda yaşayış binasında yanğın baş verib, iki polis və üç azyaşlı qohum zəhərlənib - YENİLƏNİB-1
Daxili İşlər Nazirliyi Bakıda yaşayış binasında baş verən yanğında iki polis əməkdaşının tüstündən zəhərlənməsi ilə bağlı məlumat yayıb. 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, fevralın 3-də səhər saatlarında paytaxtın Nəsimi rayonu Şamil Əzizbəyov 156 ünvanında yerləşən üçmərtəbəli binanın girişindəki mağazada yanğın olub. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin aidiyyatı qurumlarının və Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib. 

Sakinlərin təxliyyə edilməsi üçün təxirəsalınmaz tədbirlər görülüb. 
 
Binanın üçüncü mərtəbəsindəki evlərin birində köməksiz vəziyyətdə qalmış və tüstüdən zəhərlənmiş 14 yaşlı Kərəm, 12 yaşlı Elcan və 9 yaşlı Selcan Səfərlilər polis əməkdaşları tərəfindən xilas edilib, onlara  ilkin tibbi yardım göstərilb. Qohum olan azyaşlıların vəziyyətləri qənaətbəxşdir. 
 
Yanğınsöndürənlər tərəfindən alovun qarşısı alınıb. 
 
Hadisə nəticəsində azyaşlıları xilas edən Nəsimi RPİ-nin Post Patrul Xidmətinin əməkdaşları - polis serjantları Qoşqar İşmayılov və Kamran Əhmədli tüstüdən zəhərləniblər. Onlar xəstəxanaya yerlədiriliblər. 


Xəbəri paylaş

6578 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___