İlham Əliyev: “Azərbaycanla Türkiyə daim bir-birini dəstəkləyir”
Tarix: 01-02-2018 | Saat: 13:51
Bölmə:M / Karusel / Gündəm | çapa göndər
Azərbaycan prezidenti İlham Əliyev Türkiyə Respublikasının əmək və sosial müdafiə naziri xanım Jülide Sarıeroğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Ölkələrimizin sosial müdafiə sahəsində iş birliyinin razılıq doğurduğunu deyən prezident İlham Əliyev bu sahədə təcrübə mübadiləsinin, birgə proqramların həyata keçirilməsinin zəruriliyini qeyd edib.
Ümumilikdə Azərbaycan-Türkiyə dostluq və qardaşlıq əlaqələrinin çox uğurla inkişaf etdiyini vurğulayan dövlət başçısı ölkələrimizin daim bir-birinin yanında olduğunu və bir-birini dəstəklədiyini dedi, münasibətlərimizin dünya miqyasında nümunəvi xarakter daşıdığını məmnunluqla qeyd edib. Prezident İlham Əliyev Türkiyə Respublikasının əmək və sosial müdafiə naziri xanım Jülide Sarıeroğlunun başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin əlaqələrimizin daha da möhkəmləndirilməsi işinə töhfə verəcəyinə əminliyini ifadə edib.
Xanım Jülide Sarıeroğlu isə bu vəzifədə fəaliyyətə başladıqdan sonra ilk səfərini qardaş Azərbaycana etməsindən məmnunluğunu ifadə edib. Nazir Türkiyə ilə Azərbaycanın daim bir-birinin yanında olmasını və ölkələrimizin bütün sahələrdə uğurlu əməkdaşlıq həyata keçirdiklərini vurğulayaraq sosial müdafiə sahəsində də əlaqələrimizin dərinləşdirilməsinin vacibliyini qeyd edib.
Xəbəri paylaş
6268 dəfə oxunub.
Digər xəbərlər

17-03-2021, 14:21
Ermənistana əməli təsir və təzyiq göstərilməlidir - Nazir
21-05-2015, 21:46
Qara daşın həqiqətləri
16-07-2016, 10:52
Türkiyədə kabus kimi gecə FOTOLARDA
7-07-2022, 12:14
Bütün ürək xəstəliklərinin və infarktın qarşısını alan MÖCÜZƏVİ RESEPT: 1000 illik SEHİRLİ DƏRMAN
22-07-2015, 12:03
Azərbaycanda korrupsiya cinayətlərinin sayı açıqlandı
21-10-2018, 11:34
Qadına kişi ürəyi köçürdülər, sağalıb pivə "dəlisi" oldu
1-04-2016, 16:26
Səhiyyə nazirindən yeni - ƏMR
18-03-2023, 16:02
Elza: “Ərsizlik dərdimi məndən çox el çəkir“ - VİDEO
27-09-2022, 11:13
Türkiyədə PKK-çıların hücumu: 1 polis ölüb, daha 1-i yaralanıb, terrorçular özlərini partladıb