Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Saakaşvili 20 məmuru işdən qovdu
Tarix: 04-07-2015 | Saat: 18:22
Bölmə:M / Karusel / Siyasət / M2 | çapa göndər

Saakaşvili 20 məmuru işdən qovdu
Odessa vilayətinin qubernatoru, Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili korrupsiya və rüşvətxorluğa qarşı başlatdığı mübarizəni bütün vilayət boyu davam etdirir.


Xeberaz.az modern.az-a istinadən xəbər verir ki, o, iyulun 3-də hüquq-mühafizə orqanlarının, müdafiə qurumlarının, eləcə də daxili audit şöbəsinin rəhbərləri ilə görüşüb. Saakaşvilinin iddiasına görə, Odessa regionunda rüşvət vermədən torpaq sahəsi və tikintiyə razılıq almaq mümkün deyilmiş:

“İkisindən biridir – ya siz başqa planetdə yaşayırsınız, yaxud qalan vətəndaşlar özlərinin düşündükləri dünyada yaşayırlar... Mən bu gün Serqeevkada olmuşam. Oradakı ən yaxşı parkı yerli rayon administrasiyasının və yerli şuranın nümayəndələri hissələrə bölüblər. Bütün torpaq zəbt edilib. Bir yerdə prokuror villa tikdirir – üzü birbaşa çimərliyədir, limanadır, digər yerdə - merin dostu ayaqyolunu özəlləşdirib”.

Saakaşvili əlavə edib ki, vətəndaş ayaqyolu ilə birgə çimərliyə doğru 10 hektar ərazini ələ keçirib və bina tikir, hansı ki, ayaqyolu parametrləri ilə qətiyyən uyğun gəlmir.

Qubernatorun sözlərinə görə, tikintiyə razılıqlar faktiki olaraq ya rüşvətlə, ya da nüfuza görə alınır: “Uşaq bağçasına uşaq götürmək – rüşvətlə, yaxşı uşaq bağçası –rüşvətlə, yaxşı məktəb – rüşvətlə həll olunur. Məktəbi bitirirsən, attestat istəyirsənsə rüşvət verməlisən, məhsul sahədən daşımaq da rüşvətlədir, ölürsən, qəbiristanlıqda yaxşı yer üçün də rüşvət verməlisən”.

Saakaşvilinin sözlərinə görə, region sakinləri artıq məmurların özbaşınalıqlarından şikayət etməkdən yorulublar, çoxsaylı qanunsuzluqlar və rüşvətxorluq hamıya məlumdur.

O, regionda yol tikintisi sahəsindəki özbaşınalıqlardan da danışıb: “Yol tikintisi zamanı “pullar asfaltın altına atıldığından” yollar bərbad vəziyyətdədir. Mənim gəlişim ərəfəsi yollardakı çökəkləri doldururlar, yol kənarına ağac əkir, səliqə-sahman yaradırlar. Elə bilirlər ki, mənim heç nədən xəbərim yoxdur”.

Saakaşvili həmin iclasın gedişində 20 məmuru işdən çıxarıldığını da bəyan edib.


Xəbəri paylaş

5608 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___