Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
<>

ZehraGulum.butik

Ekskluziv,təravətli güllər və buketlər zövqünüzü oxşayacaq!

Ən münasib qiymət bizdə!

Əlaqə üçün: (WhatsApp) 012 371 80 90/055 379 99 40/077 399 68 89 (İnstagram.com)⬇ ➡@zehragulum.butik
Nikah üçün məcburi müayinə - xəstəlik aşkarlanan cütlüklər evlənə bilməz?
Tarix: 27-01-2018, 17:32 | Saat: 15:47:00
Bölmə:M / Karusel / Səhiyyə | çapa göndər



Azərbaycanda nikaha girmək istəyən hər kəs icbari tibbi müayinədən keçməlidir. Tibbi müayinədən sonra tərəflər tibbi arayış alırlar.Bu arayışda müayinənin nəticələri qeyd olunur. Tibbi müayinənin nəticələri isə həmişə müsbət olmur.
 
Bu zaman tərəflərdən birində və ya hər ikisində müəyyən xəstəliklərlə yanaşı, həm də pis və zərərli vərdişlər üzə çıxır. Bunlardan biri də narkotik və alkoqol maddələrdən istifadədir. Qanuna əsasən, belə olduğu hallarda,seçim şansı tərəflərin özünə verilir.
 
Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev açıqlamasında bildirdi ki, tərəflərin nikaha girməzdən əvvəl tibbi müayinədən keçməsi məcburidir:  
 
“Müayinə zamanı Səhiyyə Nazirliyinin müəyyən etdiyi bir neçə xəstəlik aşkar  olunarsa, hər iki tərəfə elan olunur ki, sizdə bu xəstəlik var, ya onun daşıyıcısısınız. Əgər evlənsəniz doğulan uşaqda müəyyən fəsadlar ola bilər və ya siz özünüz bir-birinizə bu xəstəliyi keçirə bilərsiniz”.
 
Deputat qeyd etdi ki, bütün bunlara baxmayaraq, yenə də seçim onların özlərinə verilməlidir: “Çünki insan hüquqları ən ali hüquqlardan biridir və evlənmək hüququ da insanın özünə aid olan məsələdir. Azərbaycan isə  hüquqi demokratik bir dövlətdir”.
 
Musa Quliyev bildirdi ki, narkotik və tütün, eləcə də alkoqoldan istifadə məsələsinin nikaha aidiyyəti yoxdur:  
 
“Bu həyat tərzi məsələsidir. Ailə səmimiyyət üzərində qurulmalıdır. Nikaha daxil olmaq istəyən şəxslər bir-birinə cinayət işlərini, xəstəliklərini, çatışmayan cəhətlərini deməyi bacarmalıdırlar.Qanun ilə, zorakılıqla kimisə məcbur etmək olmaz ki, öz pis vərdişlərini danışsın,ya da öz xəstəlikləri barəsində danışsın. Bunlar demokratik dövlətin atdığı addım ola bilməz.Biz sadəcə qanun ilə vətəndaşların özlərini məlumatlandırmağı nəzərdə tutmuşuq”.
 
Musa Quliyevin sözlərinə görə, hər kəs şüurlu və könüllü şəkildə öz qərarını qəbul etməkdə sərbəstdir:
 
“Tutaq ki, hər iki tərəfdə, ya da tərəf müqabilində talassemiya xəstəliyi varsa, onda həkim izah edir ki, sizdən doğulan uşaqlarda müəyyən faiz hallarda talassemiya xəstəliyi ola bilər.Müalicə alın və ya körpənin ana bətnində müayinələrini aparın və sair. Eyni sözləri digər xəstəliklər barəsində də deyə bilərəm. Ancaq bird aha qeyd edim ki, seçim hüququ azaddır,hər kəs öz qərarını özü verməlidir”. 
(modern.az)шаблоны для dle 11.2

3048 dəfə oxunub.
<>
Ömərov Toğrul İsgəndər oğlu. Uşaq Cərrahı PhD. Qəbula yazılmaq +994506729224. Usaqcerrahi.az
Əlaqə üçün: (WhatsApp) +994506729224 (İnstagram.com)⬇ ➡@rtogrulomarov_ushaq_cerrahi

Bölməyə aid digər xəbərlər
19-08-2015, 19:41 Fahişəlik qanuni olacaq

{sape_links}{sape_article}
bütün xəbərlər
____ Instagram ___