Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Məktəblilərə narkotik tərkibli konfetlərin paylanmasına-DİN-dən AÇIQLAMA
Tarix: 26-01-2018 | Saat: 16:56
Bölmə:M / Karusel / Gündəm | çapa göndər


Daxili İşlər Nazirliyi bəzi xəbər saytlarında ayrı-ayrı vətəndaşların sosial şəbəkələrdəki yazışmalarına əsasən, guya Bakı şəhərindəki məktəblərdən birinin qarşısında uşaqlara narkotik tərkibli konfetlərin paylanılması barədə yayılan məlumatlara münasibət bildirib. 
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, ictimaiyyətin narahatlığına səbəb olan bu məsələ ilə əlaqədar yayılan məlumatların heç bir əsası yoxdur. 
DİN-nin məlumatında qeyd edilib ki, ölkə vətəndaşlarında çaşqınlıq yaratmağa hesablanan oxşar təxribat xarakterli dezinformasiyalar əvvəllər bəzi ölkələrin paytaxtlarındakı, sonuncu dəfə isə Qazaxıstanın Aktau şəhərində yerləşən məktəblərin biri ilə bağlı da yayılıb:
“Lakin araşdırmalar zamanı bu məlumatların heç biri öz təsdiqini tapmayıb.
Bir daha bildiririk ki, qeyd olunan məktəb də daxil olmaqla, Bakı şəhərindəki bütün təhsil müəssisələrinin təhlükəsizliyi həm müasir müşahidə kameraları, həm də polisin mühafizə xidməti və digər qurumlar tərəfindən təmin olunur. O da vurğulanmalıdır ki, bugünədək respublika ərazisində fəaliyyət göstərən heç bir orta məktəbdə və digər təhsil müəssisəsində şagirdlərə mənşəyi məlum olmayan, narkotik tərkibli ərzaq və ya qida məhsulunun paylanılmasına, yaxud satılmasına dair hər hansı fakt qeydə alınmayıb.
Ona görə vətəndaşları belə uydurma, əsassız xəbərlərə inanmamağa, sosial şəbəkələr üzərindən həmin məlumatları paylaşmamağa, üzləşdikləri istənilən hüquq pozuntuları barədə isə DİN-in “102-Zəng Mərkəzi” Xidmətinə və ya ərazi polis orqanına müraciət etməyə çağırırıq”.


Xəbəri paylaş

6688 dəfə oxunub.

Digər xəbərlər
5-02-2019, 12:42 Yılmaz Vural qovuldu

bütün xəbərlər
____ Instagram ___