DTX əməliyyat keçirdi: Son illərin ən iri mütəşəkkil qaçaqmalçılığı ifşa olundu - FOTO
Tarix: 22-01-2018 | Saat: 12:40
Bölmə:M / Karusel / Hadisə / Foto-fakt | çapa göndər
Son illərin ən iri mütəşəkkil qaçaqmalçılığı ifşa olunub.
Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsindən verilən məlumata görə, Azərbaycan ərazisində valyuta dövriyyəsində manipulyasiya və valyuta qaçaqmalçılığı faktları ilə bağlı davam edən cinayət işi üzrə 15-18 yanvar 2018-ci il tarixlərində həyata keçirilmiş kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində “qara bazar” adlandırılan alternativ valyuta dövriyyəsi iştirakçılarından ibarət cinayətkar şəbəkə ifşa edilib, qanunsuz fəaliyyətlərinin qarşısı alınıb.
Müəyyən edilib ki, qeyd olunan şəxslər tərəfindən 2017-ci il ərzində Azərbaycanın gömrük sərhədindən gömrük nəzarətindən gizli, bəyan edilmədən hissə-hissə ümumilikdə 80 milyon 731.282,0 ABŞ dolları, 5 milyard 270.227.972,0 Rusiya rublu, 248 min 915 avro məbləğində xarici valyuta nağd formada qaçaq yolla ölkədən çıxarılıb.
Azərbaycan Cinayət Məcəlləsinin 206.3.1, 206.3.2, 192.2 və digər maddələri ilə istintaqı aparılan cinayət işi üzrə Azərbaycan vətəndaşları Məmmədov Aqil Kamandar oğlu, Mustafayev Mustafa Abuzər oğlu və Babayev Vüqar Ədalət oğu, habelə Gürcüstan vətəndaşı İzmailov Mamed Həşim oğlu və qeyd olunan silsilə cinayət əməllərinin digər iştirakçıları saxlanılaraq cinayət məsuliyyətinə cəlb ediliblər.
Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Xəbəri paylaş
6108 dəfə oxunub.
Digər xəbərlər

9-02-2016, 10:25
Naxçıvan əhalisinin sayı açıqlandı
17-12-2018, 12:02
Ramil Usubov iş adamının rəis oğlunu işdən çıxardı
21-03-2019, 14:21
"Heç kim mənə təsəlli verə bilmir" - Əri ölən əməkdar artist
3-06-2015, 12:20
Şıx və Sahildə çimmək qadağan olundu
8-07-2017, 11:31
Gəncənin mərkəzi bazarında faciə: Oğlunu əvəzləyən ata öldü
30-03-2016, 12:07
Ərdoğanı Amerikada coşğu ilə qarşıladılar – FOTO
18-11-2021, 10:22
Ağcabədi Pedaqoji Universitetində nə baş verir? - Təmir pulu və qanunsuz kadr islahatı...
7-02-2017, 19:03
Sevgililər günündə ona nə alacaqsınız? - TƏKLİF