Azərbaycanda terror olacağı ilə bağlı məlumat təsdiqini tapmadı-RƏSMİ AÇIQLAMA
Tarix: 13-01-2018 | Saat: 12:36
Bölmə:M / Karusel / Gündəm | çapa göndər
Azərbaycanda terror olacağı ilə bağlı məlumat təsdiqini tapmayıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, yanvarın 12-də saat 12.38-də FHN-nin “112” Xidmətinə zəng edən naməlum şəxs ingilis dilində onlarda bomba olduğunu və terror hadisəsi olacağını bildirib. Məlumat DİN-in “102” Xidmətinə ötürülüb.
Dərhal əlaqədar orqanların əməkdaşları ilə birlikdə təxirəsalınmaz tədbirlər həyata keçirilib və məlumatın yalan olduğu müəyyən edilib.
Bakı Şəhər Baş Polis İdarəsi, Xətai və Abşeron rayon polis idarələri əməkdaşlarının peşəkarlıqla həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində terrorçuluq barədə bilə-bilə yalan məlumat verən paytaxt sakinləri olan 2 nəfər “isti izlər”lə müəyyən edilərək saxlanılıblar.
Araşdırma aparılır.
DİN vətəndaşların nəzərinə çatdırır ki, insanlar arasında təşvişə və ajiotaja səbəb olan belə əməllər cinayət məsuliyyəti yaradır və hüquq-mühafizə orqanlarına bilərəkdən yalan məlumatlar verən şəxslər barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada ciddi tədbirlər görüləcəkdir.
Xəbəri paylaş
5108 dəfə oxunub.
Digər xəbərlər

13-02-2017, 15:27
Azərbaycanda YENİ NAZİRLİK yaradıldı
19-04-2015, 14:01
Azərbaycanda elektron xidmət növlərinin siyahısı artırıldı
2-10-2017, 11:11
La Liqada "Barsa" və "Real" üçün itkisiz tur
1-06-2016, 13:29
Aygündən yeni fotosessiya Aygündən yeni fotosessiya
17-05-2015, 14:35
Azeri qizlar “Adnan Oktarla söhbətlər” proqramında (VİDEO)
16-10-2015, 13:12
Xaçmazda ilan tutuquşunu uddu - Video
31-10-2015, 20:23
Əməkdar artistin vəziyyəti pisləşdi: əməliyyat olunacaq
22-04-2022, 12:15
Mərkəzi Muğan Kollektorunun İstismarı İdarəsinin rəisi Qasım Qasımovun əməlləri… - Qasım Qasımovun balıq gölləri….
7-12-2017, 15:56
Trampın fəsadı: Fələstinlə İsrail arasında toqquşma başladı