Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Ziya Məmmədovun dili tutulan qardaşı ölkədən çıxarıldı
Tarix: 03-07-2015 | Saat: 20:05
Bölmə:M / Karusel / Hadisə / M2 | çapa göndər

Ziya Məmmədovun dili tutulan qardaşı ölkədən çıxarıldı



Xəbər verdiyimiz kimi, iyunun 30-da Qusar rayonunun Çiləgir kəndində qudası Ramiz Vəliyevin gözləri qarşısında öldürülməsi nəticəsində nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, Nəriman Məmmədovun dili tutulub.


Xeberaz.az ans press-ə istinadən xəbər verir ki, villasındakı faciədən sonra Nəriman Məmmədova ilk tibbi yardım Qusar rayon mərkəzi xəstəxanasında göstərilib. Bunda sonra paytaxt həkimləri də nazirin qardaşına köməklik edə bilməyiblər. Şokdan çıxa bilməyən N.Məmmədov müalicə üçün Türkiyəyə aparılıb.

Qeyd edək ki, Ramiz Vəliyevi öldürən 1967-ci il təvəllüdlü Eynulla Cahangir oğlu Hacıyev hadisə yerindən qaçsa da Qusar rayon prokurorluğu əmakdaşlarının apardığı əməliyyat-axtarış tədbirləri nəticəsində onu elə həmin gecə həbs edilib.

Rayon sakinlərinin verdiyi məlumata görə, Nəriman Məmmədovun villasında daha əvvəllər qətli törədən şəxsin qardaşı gözətçi işləyib. Lakin bir il əvvəl gözətçi Şəkixan Hacıyevin evində partlayış baş verdiyi üçün özü və həyat yoldaşı Maral Hacıyeva dünyasını dəyişib. Partlayışda dünyasını dəyişən ailənin oğlu 1992-ci ildə Qarabağda gedən müharibələrdə şəhid olub. Onların ölümündən sonra Eynulla Hacıyev bu işə təyin edilib.

Qusar rayon icra hakimiyyəti başçısının Urva inzibatı ərazi vahidliyinin nümayəndəsi Sülhəddin İsgəndərovun verdiyi məlumata görə, Eynulla Hacıyev içki düşkünü olub və ailəsi ilə bu səbəbdən tez-tez münaqişə yaşanıb. Onun bacısı isə evin qulluqçusudur. S.Kərimov onu da qeyd edib ki, bu qətlin qısqanclıq zəmnində baş verdiyinə inanmır.

Saytın yazdığına görə, əslində Eynulla Hacıyev evin sahibi olan nazirin qardaşını öldürmək istəyib. Lakin səhvən onun qudası Ramiz Hacıyevi öldürüb. Buna səbəb isə evin qulluqçusu ilə yaxınlıq münasibəti olub və qətl də məhz bu səbəbdən namus üstündə törədilib.

Qusar rayon prokurorunun köməkçisi Anar Salehov faktı təsdiqləsə də istintaq davam etdiyi üçün əlavə heç bir məlumat verməyib. Onun sözlərinə görə, faktla bağlı Qusar Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120-ci maddəsi (qəsdən adam öldürmə) ilə cinayət işi qaldırılıb. Lazımı məlumatlar istintaq başa çatdıqdan sonra veriləcək.

“Qafqazinfo”


Xəbəri paylaş

7588 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___