Horadiz əməliyyatından 24 il ötür
Tarix: 06-01-2018 | Saat: 13:17
Bölmə:M / Karusel / Gündəm | çapa göndər
Azərbaycan Ordusunun Horadizdə apardığı uğurlu əməliyyatdan 24 il ötür.1993-cü il oktyabrın sonlarında erməni hərbi birləşmələri Azərbaycan-İran sərhədində yerləşən Horadizi ələ keçirmiş, bununla da Zəngilan rayonu ilə əlaqəni kəsmişdilər. Lakin həmin ilin dekabrında erməni silahlı dəstələri Füzuli şəhərinin şərq istiqamətində hərəkət etməyə cəhd göstərsələr də, güclü müqavimətlə qarşılaşıb geri çəkilməyə məcbur oldular. Bundan sonra Azərbaycan Ordusu üç istiqamətdə hücuma keçdi. Dekabrın 15-də Azərbaycan hərbçiləri dərhal 5 istiqamətdə – Füzuli, Xocavənd, Ağdam, Ağdərə və Kəlbəcər - hücuma keçdilər. Bu hücum erməniləri Ağdərənin bir sıra yaşayış məntəqələrini tərk etməyə məcbur etdi. Azərbaycan hissələrinin Horadizə əsas zərbələri Dağlıq Qarabağın cənub-şərqində, Beyləqan rayonundan gəlirdi. Hərbçilərimiz düşmənin müdafiəsini dağıdaraq top və raket zərbələri altında Füzuli rayonunun daxilinə irəliləməyə başladılar. 1994-cü il yanvarın əvvəlində hərbçilərimiz 11 qəsəbə və Azərbaycan-İran sərhədi boyunca 40 km uzunluğunda ərazini ələ keçirdilər.
Horadiz əməliyyatında iştirak edən 702-ci briqada yanvarın 5-də bir gün ərzində qənimət kimi 3 tank, 1 ədəd “Şturm-S”, 6 ədəd top, 6 ədəd top qoşqusu, 10-a yaxın nəqliyyat vasitəsi, çoxlu sayda silah və sursat götürdü. Düşmən ağır itkilər verərək və cəsədlərini döyüş meydanında qoyaraq geri çəkildi.
Yanvarın 6-da 702-ci alay düşmənin müqavimətini qıraraq qərbdə Cəbrayıl, Qubadlı, Zəngilan rayonları və şimalda Füzuliyə gedən yolların mühüm kəsişməsində yerləşən Horadizə daxil oldu, qəsəbəni, Horadiz dəmiryol stansiyasını və Araz çayı üzərində strateji Xudafərin körpülərini ələ keçirdi, Horadizə Azərbaycan bayrağını sancdı.
Horadiz əməliyyatı nəticəsində Horadiz qəsəbəsi, Füzuli rayonunun 20 kəndi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi, ümumilikdə 21 min hekrat ərazi Azərbaycanın nəzarətinə keçdi.
Xəbəri paylaş
6238 dəfə oxunub.
Digər xəbərlər

19-12-2022, 11:49
Bu tarixdən hava kəskin dəyişir, temperatur 0°yə düşəcək - XƏBƏRDARLIQ
6-05-2017, 18:25
Sabah 30239 abituriyent biliyini sınayacaq
29-03-2015, 18:21
Yataqda axmaq kimi davranmamağın 7 yolu!
18-03-2017, 10:01
Magistratura səviyyəsində 20 yeni ixtisas yaradılıb
5-06-2016, 18:54
Şiə liderdən inqilab çağırışı
16-12-2017, 11:37
Əmək kitabçaları tarixə qovuşur - VİDEO
26-08-2015, 01:13
Marsda naməlum kosmik gəmi tapıldı – Foto
29-01-2019, 20:49
Prezident İlham Əliyev Şəhid Rüstəm Mirzəyevin ailəsini qəbul etdi
1-08-2017, 14:21
Aprel döyüşlərində öldürülən əsgərin anası müdafiə nazirinə səsləndi: "İkinci oğlumu vermirəm"
15-08-2019, 18:28
Ağstafada maşınını aşıran sürücü hadisə yerində ölüb