Ruslar Qarabağa “İsgəndər” raketləri yerləşdirir?
Tarix: 03-07-2015 | Saat: 15:22
Bölmə:M / Karusel / Siyasət / M2 / Foto-fakt | çapa göndər

Üzeyir Cəfərov: Azərbaycan XİN erməni-rus silah krediti sazişinə sərt reaksiya göstəməlidir.
Rəsmi Bakı Xarici İşlər Nazirliyi (XİN) səviyyəsində Ermənistanla Rusiya arasında silah ixracı sazişinə kəskin etiraz bildirməlidir.
ANS PRESS-in məlumatına görə, bu barədə hərbi ekspert Üzeyir Cəfərov Rusiyanın daxili bazar qiymətləri ilə Ermənistana 200 milyon dollarlıq silah və hərbi texnika satmaq üçün bağladığı müqaviləyə rəy bildirirkən söyləyib.
Ermənistan müdafiə nazirinin müavini Ara Nazaryan parlamentdə çıxış edərkən vurğulayıb ki, 13 il müddətinə illik 3 faizlə kreditə götürülən hərbi texnika Ermənistan - Azərbaycan qoşunlarının təmas xəttinə yerləşdiriləcək və Ermənistan ordusunun müdafiə gücünü artıracaq. Erməni hərbçi deyib ki, bu hərbi texnikanın olması məsələnin kompleks həllidə Ermənistan ordusunun xeyrinə həll edilməsinə imkan verəcək.
“ATƏT-in Minsk qrupunun həmsədri olan bir ölkə belə bir addım ata bilməz və münaqişə tərəflərindən birini birtərəfli qaydada silahlandıra bilməz. Özü də Rusiya silahları Ermənistana daxili bazar qiymətləri ilə satacaq. Bu, zavod qiymətindən də aşağıdır. Təsəvüür edin, istəsələr, 100 milyon dollarlıq hərbi texnikanı 10 milyon dollardan da aşağı qiymətə sata bilərlər. Bu, münaqişə tərəflərindən birinin açıq-aydın silahlandırılmasıdır”, - deyə Üzeyir Cəfərov vurğulayıb.
Hərbi ekspert Üzeyir Cəfərov
Hərbi ekspertin bildirdiyinə görə, bu texnika ilə yanaşı Moskva Ermənistan ordusuna “İsgəndər” raketləri də vermək niyyətindədir. “Əvvəllər Qarabağda yalnız “İsgəndər” raketlərinin maketləri vardı. Ermənilər qarşı tərəfə hərbə-zorba gəlmək üçün tez-tez həmin raketləri nümayiş etdirirlər. İndi isə raketlərin özlərini Qarabağa yerləşdirmək istəyirlər”,- deyə Cəfərov bildirib.

“İsgəndər” raketləri
“İsgəndər” raketləri 2000-ci illərdən Rusiya ordusunda silahlanmaya qəbul olunub. Bu raketlər 300-500 kilometr məsafədə yerləşən hədəfi vurmağa qadirdir. 2008-ci ildə baş vermiş Rusiya - Gürcüstan müharibəsi zamanı Rusiyanın Poti və Qori şəhərlərində yerləşən obyektlərə, Bakı-Supsa boru kəmərinə qarşı “İsgəndər” raketlərindən istifadə etdiyi ehtimal edilir.
Üzeyir Cəfərov da diqqəti bu məsələyə yönəldir: “Azərbaycanın xarici işlər naziri dərhal reaksiya verməli, Moskva ilə İrəvan arasnıda bu təhlükəli sazişin gerçəkləndirilməsinə mane olmalıdır”.
4878 dəfə oxunub.
Digər xəbərlər

3-05-2019, 11:52
"Gəlin, gənclərə hamılıqla dəstək göstərək" - Leyla Əliyeva
20-06-2021, 11:27
Kür çayında batdığı deyilən 4 uşaq anası - "Məni axtarmayın, Bakıdayam”
8-10-2016, 09:32
Övladınızın bədbəxt olmasını istəmirsinizsə... - Psixoloq
15-01-2016, 19:57
Qadın qaça bilmədi - Üstündən 56 vaqon keçdi - VİDEO
23-02-2018, 12:29
Maşın qaçırıb, arvad-uşağıyla yasa getdi
23-07-2017, 09:27
Bakıda 1 yaşlı uşaq binanın 3-cü mərtəbəsindən yıxıldı
15-11-2015, 12:40
Kəmaləddin Heydərov stadiona helikopterlə gəldi – Foto
28-08-2021, 15:52
Xüsusi karantin rejimi ilə bağlı qərara dəyişiklik edildi - YENİ QADAĞA
13-04-2017, 11:38
Emin Ağalarov övladları ilə bir arada – FOTO