Xankəndinin işğalından 26 il ötür
Tarix: 28-12-2017 | Saat: 09:29
Bölmə:M / Karusel / Gündəm | çapa göndər
Bu gün Azərbaycanın Xankəndi şəhəri və ətraf ərazilər üçün mühüm strateji əhəmiyyətə malik olan Kərkicahan qəsəbəsinin ermənilər tərəfindən işğalından 26 il ötür.
1991-ci il dekabrın 28-də Kərkicahan qəsəbəsinin işğalı ilə Xankəndi və ətraf ərazilərin işğalı başa çatdırılıb.
İşğal gününə qədər Xankəndi ərazi vahidliyinin tərkib hissəsi olan Kərkicahanın müdafiəsi kənd sakinlərindən yerli özünümüdafiə dəstələrindən, yeni yaranmış olan polis və Milli Ordunun bir qrup əsgərləri tərəfindən təşkil olunub.
Xankəndi istiqamətindən Kərkicahana doğru hücuma keçən erməni silahlılarının istifadəsində olan hərbi texnika və ağır silahların qarşısında bu cür müdafiə dəstələri son nəticədə geri çəkilməyə məcbur olublar. Özünümüdafiə dəstələrinin bir müddət erməni silahlılarının hücumlarının qarşısını almaları nəticəsində dinc əhali qəsəbədən çıxarılıb.
İşğaldan əvvəl əhali 350 ailə təsərrüfatı nəzdində 1796 nəfər təşkil edib. İki orta məktəb, bir uşaq bağçası, bir kitabxana, bir klub, bir ATS, on dükan, bir tibb ambulatoriyası, müxtəlif istehsal sahələrinə aid olan beş sex və digər məişət-iaşə obyektləri dağıdılıb.
Kərkicahan və ətraf ərazilər uğrunda gedən döyüşlərdə 34 nəfər şəhid olub, 150 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıblar. Şəhid olanlardan 3 nəfər qadın, 2 nəfər isə azyaşlı uşaq olub.
Xəbəri paylaş
6628 dəfə oxunub.
Digər xəbərlər

10-06-2015, 20:01
Yanan binanın yanında daha bir bədbəxt hadisə— FOTO
22-02-2019, 10:41
Yevlaxda silahlı insident: keçmiş məhkum öldürüldü
19-03-2020, 20:18
Ziyafət Əsgərov deputat həmkarlarına çağırış etdi
11-04-2021, 14:58
"Bandotdel"dən ƏMƏLİYYAT: Həbs edilənlər var - VİDEO
15-06-2015, 19:04
Putin Gümrüdə rus əsgərin vəhşicəsinə öldürülməsi məsələsinə qarışır
14-09-2022, 11:40
"Fərid ailəmizin 5-ci şəhididir" - Səttar Möhbalıyev (VİDEO)
19-02-2019, 11:59
Qarın hündürlüyü Ağdərədə 19, Altıağacda 14, Sarıbaşda 12, Qubada 11 sm olub - FAKTİKİ HAVA
2-05-2016, 19:07
6 saylı dəniz özülü istismara verildi
3-05-2016, 17:07
Maroçko: “Ukraynada türk muzdlular vuruşur”