Bu bankda əhalinin 28 milyonu batdı - Ekspertdən çağırış
Tarix: 27-12-2017 | Saat: 10:23
Bölmə:M / Karusel / İqtisadiyyat | çapa göndər
“Dəmirbank”da kompensasiya olunmayan əmanətlərin həcmi 28,3 milyon manatdır. Bu isə o deməkdir ki, 28 milyon manatdan artıq əmanətin geri qaytarılmasına ümid yoxdur.
Bu haqda iqtisadçı alim Vüqar Bayramov yazıb. Ekspert bildirib ki, Əmanətlərin Sığortalanması Fondu qorunan əmanətləri geri qaytarır, qorunmayan depozitlər isə bankın məsuliyyətindədir:
“Müflis olan bankda qorunmayan əmanətlər aktivlər passivləri üstələdiyi halda geri qaytarıla bilər. Ötən il müflis olan 11 bankda yalnız qorunan əmanətləri geri qaytarmaq mümkün olub. Etiraf etmək lazımdır ki, qorunan əmanətlər Əmanətlərin Sığortalanması Fondu tərəfindən tam olaraq geri qaytarılır. Bununla belə, dəfələrlə təklif etdiyimiz kimi, qorunmayan əmanətlərin taleyi ilə bağlı Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən real addımların atılmasına ehtiyac var”.
İqtisadçı hesab edir ki, əvvəla, bankın cəlb etdiyi əmanətlərin məbləği onun ödəmə qabiliyyətinə və ya aktivlərinin həcminə münasib olmalıdır:
“Öhdəliklərin aktivləri üstələməsi qorunmayan əmanətlərin geri qaytarılmasına imkan vermir.
İkincisi, bank menecerlərinin məsuliyyəti artırılmalıdır. Qorunmayan əmanəti cəlb edərək, onu xərcləyən banklar müflis olmaqla, yumşaq desək, “məsələni bağlayırlar”. Halbuki bank həmin pullardan faydanalanaraq qazanc əldə edib və deməli, onların qaytarılmasına da məsul olmalıdır.
Üçücünsü, bu istiqamətdə qanunvericiliyə dəyişikliklərin edilməsinə ehtiyac var. Bank qorunmayan əmanəti cəlb edərək onu kreditə yönəldir. Qorunmayan əmanətin bank tərəfindən qaytarılması məcburi deyil, amma həmin pullarla verilmiş kredit geri qaytarılır. Deməli, geri alınan kredit məhz qorunmayan əmanətlərin ödənilməsinə yönəldilməlidir. Nəhayət, mediada və eləcə də sosial şəbəkələrdə belə geniş təbliğatdan sonra vətəndaşlarımızın sadəcə bir bankda 28,3 milyon manat qorunmayan əmanət saxlaması səbəblərini də izah etmək çətindir. 2-3 faiz artıq gəlirdən ötrü pulu riskə atmaq heç zaman başadüşülən deyil”.
Xəbəri paylaş
1 1488 dəfə oxunub.
Digər xəbərlər

14-09-2019, 16:55
Gələn ilin maaş və pensiyaları ilə bağlı RƏSMİ AÇIQLAMA
29-11-2016, 11:49
Gedişhaqqı qaldırılacaq? - RƏSMİ AÇIQLAMA
17-04-2016, 20:31
Ramiz Mehdiyevin doğum günüdür 78
26-02-2023, 11:17
İlham Əliyev Xocalı soyqırımı abidəsini ziyarət edib
18-02-2022, 11:09
Azərbaycanda 50 yaşadək bu şəxslərə 20 min manat veriləcək
17-06-2016, 15:54
ABŞ qırıcısı Rusiya sərhədinə yan aldı
9-04-2019, 15:40
DİQQƏT! Bu ərazidə hərəkət məhdudlaşdırılır
24-10-2016, 22:18
Mira gözəllik sirlərini açıqladı
30-08-2017, 15:07
"3 övladımı uşaqlar evindən götürmüşəm" - Roza Zərgərli