Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Kəlbəcər gəncləri hər zaman dövlətçiliyin yanındadır adlı tədbir keçirildi.
Tarix: 25-12-2017 | Saat: 10:11
Bölmə:M / Karusel / Gündəm | çapa göndər



Xəbəraz.Az xəbər verir ki,24 dekabr 2017-ci il tarixində “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyində Kəlbəcər gəncləri hər zaman dövlətçiliyin yanındadır adlı tədbir keçirildi.
“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədr müavini Həbib Misirov bildirdi ki, Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyev ölkəyə rəhbərliyə başladığı gündən gəncliyin inkişafını prioritet vəzifə kimi qarşıya qoyub.
Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasətinin düzgünlüyünü bu sahədə qazanılmış uğurlu nəticələr də təsdiqləyir. Dövlət gənclər siyasətində istedadlı gənclərin müəyyən edilməsi, dəstəklənməsi və inkişafına böyük diqqət ayrılır. Təhsilli, yüksək intellektual bacarığa malik insan kapitalı formalaşdırmaqda və güclü iqtisadiyyat qurmaqda dövlətin oynadığı rol bu gün daha aktualdır. Bu gün Azərbaycan regionun güc mərkəzinə çevirilib. Azərbaycanın razılığı olamdan regionda hec bir beynəlxalq layihə reallaşmır. Bu il öz əhəmiyyətinə görə qlobal səciyyə daşıyan Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı keçirildi. Bu layihə iki qitəni polad relslərlə birləşdirərək böyük sosial-iqtisadi səmərəyə zəmin yaradır. Ən əsası isə bu dəmir yolunun işə düşməsi regionda sabitliyə, xalqlarımızın daha da yaxınlaşmasına və iqtisadi inkişafa ən böyük töhfədir. Bu gün torpaqlarımızın 20 faizi Ermənistanın işğalı altındadır və bir milyondan çox soydaşımız isə qaçqın və məcburi köçkün vəziyyətində yaşayır. Bu fakt Azərbaycan gəncliyini daha ayıq-sayıq olmağa, istər informasiya sahəsində, istərsə də cəbhə xəttində ölkənin müdafiəsi uğrunda əlindən gələni etməyə sövq edir.
Kəlbəcərli gənclər artıq ölkənin ictimai-siyasi həyatında yaxından iştirak edir və mütəqilliyimizin möhkəmlənməsinə yardımçı olur və möhtərəm prezidentimizin ətrafında sıx birləşiblər.
Kəlbəcərli gənclər Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin alı baş komandanı cənab İlham Əliyevin 24 dekabr doğum günü münasibəti ilə təbrik etdilər, dövlətçiliyimizin möhkəmləndirilməsində, ölkəmizin inkişafı, çiçəklənməsi və vətəndaşlarımızın firəvan həyatları naminə həyata keçirdiyi bütün işlərdə can saqlığı xoş günlər dilədilər. Kəlbəcərli gənclər inanırlar ki, möhtərəm Prezidentimizin apardığı məqsədyönlü siyasət nəticəsində öz doğma torpaqlarına qayıdacaqlar.




4788 dəfə oxunub.

Digər xəbərlər
16-03-2015, 09:58 Dollar ucuzlaşdı!

bütün xəbərlər
____ Instagram ___