Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Kəlbəcərlilər dövlət başcısının diqqət və qayğısından razıdılar
Tarix: 23-12-2017 | Saat: 21:53
Bölmə:M / Karusel / Gündəm / Foto-fakt | çapa göndər



Xəbəraz.Az xəbər verir ki,22 dekabr 2017-ci ildə Kəlbəcərlilərin sosial problemlərinə həsr olunmuş təbir keçirildi. “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri, millət vəkili Cavid Qurbanovun nümayəndəsi Həbib Miisrov bildirdi ki, öz doğma torpaqlarından didərgin düşmüş, indi qaçqın və köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri daim ulu öndər Heydər Əliyevin diqqətində olmuşdur. Ulu öndər bu qəbildən olan insanların sosial problemlərinin, mənzil-məişşət şəraitlərinin yaxşılşadırılması istiqamədində müvafiq qərar və sərəncamlar vermişdir. Ulu öndərin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Prezidenti cənab İlham Əliyev də problemin həllini daim diqqət mərkəzində saxlayıb, çadır şəhərcikləri ləğv olunub, müxtəlif bölgələrdə məcburi köçkünlər üçün yeni, müasir tipli qəsəbələr inşa edilib. Kəlbəcər rayonundan olan məcburi köçkün ailələri üçündə Gənçə, Yevlağ, Qəbələ, Bərdə, Tərtər və s şəhər və rayonlarda hər çür infrastrukturla təmin qəsəbələr salınmışdır. Ölkə başçısı həmin qəsəbələrin açılışında şəxsən iştirak edib, məcburi köçkünlərlə görüşüb, insanların problemləri ilə maraqlanıb. Bu xeyirxah missiya Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən də uğurla davam etdirilir. Onun Birinci vitse-prezident təyin edildikdən sonra ilk görüşünü məcburi köçkünlərlə keçirməsi də bu qəbildən olan insanlara diqqət və qayğıdan xəbər verir.
Azərbaycan dövlətinin bu gün qarşıya qoyduğu əsas vəzifə torpaqlarımızın erməni işğalçılarından azad edilməsi, qaçqın və məcburi köçkünlərin doğma yurdlarına qaytarılmasıdır. Məhz elə buna görə də Prezident İlham Əliyevin tez-tez söylədiyi - “Bizim əsas məqsədimiz məcburi köçkün soydaşlarımızı doğma yurd-yuvalarına qaytarmaq və orada onların əvvəlkindən də yaxşı şəraitini təmin etməkdir”- fikri Azərbaycan xalqının öz əzəli torpaqları uğrunda mübarizəni bir an belə unutmamasından xəbər verir.
Kəlbəcər rayon ağsaqqalı Möhübbət Aslanov, Bəhram İsgəndərov, Şəhid ailələri Yazgül Balaxanova, Xurma Bayramova, II qrup əlil Vusal İsmayılov, və digər cıxış edənlər dövlət başcısı İlham Əliyevin və I vitse Prezident Mehriban xanım Əliyevanın qacıqn və məcburi köçkünlərə, eləçədə şəhid ailələrinə göstərdikləri diqqət və qayğıdan razılıqlarını bildirərək möhtərəm Prezidentimiz İlham Əliyevin qarşıdan gələn ad günü münasibəti ilə səmimi ürək sözlərini catdirdilar və dövlət başcısına ölkəmizin inkişafi, çiçəklənməsi və vətəndşlarımızın firəvan həyatları naminə gördüyü bütün işlərdə yeni-yeni uğurlar dilədilər.



Xəbəri paylaş

7698 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___