Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Dünyanın gözü Madriddə-175-ci “El-Klasiko”
Tarix: 22-12-2017 | Saat: 12:56
Bölmə:M / Karusel / Gündəm / İdman | çapa göndər



Dünyanın bütün diqqəti ilin son “El-Klasiko”suna yönəlib. Apasport.az saytının məlumatına görə, “Real” və “Barselona” sabah La Liqanın XVII turu çərçivəsində üz-üzə gələcəklər.
 
Sançes Martinesin idarə edəcəyi tarixi derbi öncəsi komandaların turnir cədvəlindəki vəziyyəti fərqlidi. Belə ki, İspaniya Superkubokunu nəzərə almasaq, cari mövsümün Avropada yeganə məğlubiyyətsiz komandası olan “Barselona” La Liqaya liderlik edirsə, son çempion “Real”ın titulunu qorumaq şansı get-gedə çətinləşir. Ehtiyatında 1 oyun olan madridlilər “Santyaqo Bernabeu”dakı möhtəşəm qarşılaşma öncəsi əzəli rəqibindən 11 xal geri qalır.
 
Bu, komandaların rəsmi turnirlərdə 175-ci dueli kimi yadda qalacaq. Statistikaya nəzər yetirsək, “kral klubu”nun üstün olduğunu görərik. Aktivində 4 qələbə çox olan “Real” top fərqində də öndədi. İndiyə qədər 399 dəfə rəqibini mərkəzə dəvət edən madridlilər doğma azarkeşləri önündə 400-cü qolun axtarışında olacaqlar.
 
İlk dəfə 1902-ci ildə üz-üzə gələn rəqiblərin La Liqada birinci dueli 1929-cu ilə təsadüf edir. Komandaların oyunlarında böyükhesablı nəticələr də qeydə alınıb. “Real” üçün ən böyük uğur 1943-cü ildə İspaniya Kral Kubokundakı 11:1 hesablı qələbədi. “Barselona” isə rəsmi matçlarda rəqibi üzərində 7:2 hesablı (La Liqa - 1950) qalibiyyətlə öyünə bilər.
 
“El-Klasiko”larda ən çox meydana ayaq basan futbolçu “Real”lı Manuel Sançes olub. 1983-2001-ci illərdə “kral klubu”nun formasını geyinmiş müdafiəçi 43 görüşdə iştirak edib. “Real”ın digər üzvü Fransisko Gento və “Barselona”nın əfsanəsi Xavi Ernandesin aktivində 42 “El-Klasiko” matçı var. Hazırda bu komandalarda çıxış edən 3 futbolçu bu baxımdan ilk “10-luq”dadı. Belə ki, “Barsa”nın kapitanı Andres İnyesta 35, hücumçusu Lionel Messi ilə “Real”ın kapitanı Serxio Ramos isə 34 dəfə əzəli rəqibinə qarşı oynayıb.
 
“El-Klasiko”larda ən çox qol vuran futbolçu “Barselona”nın superulduzu Lionel Messidi. Argentinalı La Liqada 16, Superkubokda 6, avrokuboklarda isə 2 dəfə rəqibi cəzalandırıb. Onu 18 topla “Real”ın əfsanəsi Alfredo Di Stefano izləyir. Hazırda “Real”ın qol “silahı” olan Kriştianu Ronaldonun isə aktivində 17 qol var. Derbilərdə het-trik edən 5 oyunçudan biri olan Messi eyni zamanda “El-Klasiko”larda ən çox məhsuldar ötürmə verən (13 dəfə) futbolçudu.
 
TurnirOyunRealBarselonaHeç-heçəTop fərqi
La Liqa174726933284:277
Kral Kuboku331214764-63
Liqa Kuboku60248-13
Superkubok1484230-18
Çempionlar Liqası832313-10
Cəmi235959149399-381



Xəbəri paylaş

7298 dəfə oxunub.

Digər xəbərlər
5-08-2023, 17:50 Elşən Xəzər SAXLANILDI

bütün xəbərlər
____ Instagram ___