Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Ölüm hökmü bərpa edilsin!” - Deputatlardan ailə-məişət qətllərinə qarşı TƏKLİFLƏR
Tarix: 21-12-2017 | Saat: 13:06
Bölmə:M / Karusel / Gündəm / Müsahibə | çapa göndər


Son zamanlar Azərbaycanda ailə- məişət zəminində baş verən cinayətlərin sayında sürətli artım müşahidə edilir. Xüsusən də ailədə qadınlara qarşı zorakılıq səbəbindən ölüm hallarının sayının çoxalması daha çox narahatçılıq doğurur. Demək olar ki, hər gün KİV-də ailədaxili münaqişələr, yaxud məişət zorakılığı ilə bağlı qətl  hadisələri, intiharlar barədə həyacan doğuran məlumatlar yayılır. Ailə-məişət zorakılığı ilə bağlı məlumatlar diqqət çəkən kriminal xəbərlərin əksəriyyətini təşkil edir.
Ailə-məişət zəmində qətllərin sayı niyə çoxalıb? Bunun qarşısnı almaq üçün hansı addımlar atılmalıdır?

Xəbəraz.Az
xəbər verir ki,modern.az bu suallarla Milli Məclisin bir neçə qadın deputatına müraciət edib.

Elmira Axundova
 ailə- məişət zəminində baş verən cinayətlərlə bağlı dəfələrlə çıxış etdiyini bildirib.

“Hətta Milli Məclisdə bu istiqamətdə bir neçə dəfə çıxış edərək, KİV-ə müraciət də ünvanlamışam. Bildirmişəm ki, mətbuatda tez-tez ailə- məişət zəminində baş verən cinayətlərlə, qətl hadisələri ilə bağlı yazılar gedir. Mətbuata demişəm ki, siz bu hadisələri araşdırın, səbəblərini tapın. Hətta bir dəfə öz yoldaşını uşaqlarının gözü qarşısında öldürən şəxslə də bağlı çıxış etmişəm. Belə hadisələri törədən şəxslərə ölüm cəzası verilməlidir. Hazırda ailə-məişət zəminində baş verən qətl hadisələrinin sayı çoxalıb. Gənclərimiz sanki vəhşiləşirlər. Ölüm cəzası da aradan qaldırılıb. Bu hadisələri törədənlər fikirləşir ki, öldürərlər, sonra 10-12 il həbs olunarlar, ardınca da azadlığa çıxarlar. Ona görə də təklif edirəm ki, ölüm hökmü bərpa edilsin. Bu hadisələrin artmasına digər səbəbdən biri də gənclərimizin öz yerini tapa bilməməsi ilə bağlıdır. İş yerləri yoxdur, bəziləri işləmək də istəmirlər, iş bacarığı, təhsili yoxdur. Həyatdan olan narazılığını isə gücsüzdə görürlər. Yəni, öz ailəsinə, yaxınlarına qarşı qəddar olurlar. Cavanlarımız oxumurlar. Heç məktəbi də bitirmirlər. 10-11-ci sinifləri güclə qurtarırlar. İnternetdə lazımsız işlərlə məşğul olurlar”.


Deputat deyib ki,  ailə- məişət zəminində qətl hadisələri təkcə Azərbaycanda deyil, dünya ölkələrində də baş verir.


“Bir neçə gün bundan əvvəl mətbuatda oxuyuram ki, Fransada polis arvadını və 2 uşağını öldürüb. Bu hal Amerikada, Rusiyada və başqa ölkələrdə də var. Azərbaycanda isə bu hallar çoxalıb. Bu problemlə bütün cəmiyyət məşğul olmalıdır.  Kəndlərdəki ağsaqqallar, qeyri-hökumət təşkilatları, bələdiyyələr, müvafiq orqanlar aktiv olmalıdırlar. Onlar bilirlər ki, hansı ailədə problem var, hansı ailədə qadınlar söyülür, döyülür, qızlar məktəbə getmir. Onlar vaxtında profilaktik işlər görməlidirlər. Həmin evlərə getməlidirlər. Hamımız bu problemlə məşğul olmalıyıq. Televiziyalarda, saytlarda sosial roliklər verilməlidir. Çünki bu cinayətkarlar bilməlidirlər ki, cəmiyyət onlara  qarşı  barışmaz mövqe tutur. Yoxsa onlar indiki kimi həbsxanada qəhrəman kimi qalır. Hüquq-mühafizə orqanlarının rəhbərləri ilə söhbətdə də mənə  deyirlər ki, ailə- məişət zəminində baş verən qətl hadisələrinin sayı artıb”.


Flora Qasımova deyib ki, ailə- məişət zəminində baş verən qətllərin, zorakılıqların qarşısını almaq üçün ilk növbətə gəncləri maaifləndirmək, mətbuatda sosial roliklər paylaşmaq, maarifləndirici tədbirlərin sayını artırmaq lazımdır.

“Ailə- məişət zəminində baş verən qətl hadisələrinin, zorakılıqların sayının artmasının bir çox səbəbləri var.  Düzdür, bu hadisələri təkcə gənclər etmir. Yaşlı və orta nəslin nümayəndələrindən də belə hadisələr törədənlər var. Adam məəttəl qalır ki, 70 yaşlı kişi arvadını öldürür. Belə qətl hadisələrinin səbəblərini axtarmaq lazımdır. Müvafiq icra hakimiyyətləri, QHT-lər, Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsinin yerlərdəki nümayəndələri bu kimi halları araşdırmalıdırlar. QHT-lərə dövlət büdcəsindən pul ayrılır. Amma elə 5-10 nəfəri öz ətraflarını yığıb seminar keçirirlər və bununla da iş yekunlaşır. QHT-lər  ictimaiyyəti narahat edən məsələlər ətrafında layihələr hazırlamalıdırlar. Bizdə televiziyalar ancaq şou-biznes nümayəndələrini göstərməklə və klinikaların reklamı ilə məşğuldurlar. Onlar bu istiqamətdə sosial çarxlar hazırlamırlar. Azərbaycanda kifayət qədər yaxşı ailələr var. Televiziyalar, saytlar onlardan yazsınlar. Onları yeni ailələrə örnək göstərsinlər. İndi qəzet oxuyan da azdır. Televiziyalar ancaq baş qatmaqla məşğuldurlar. Nə qədər insan, ziyalılarımız televiziyalardan şikayət edir. Deyirlər ki, televiziyada baxmağa heç nə yoxdur. Ailə- məişət zəminində baş verən qətl hadisələrinin, zorakılıqların qarşısını almaq üçün kifayət qədər maarifləndirmə tədbirləri aparılmalıdır”.


Deputat hesab edir ki, məişət zorakılığı hallarına qarşı daha geniş təbliğatlar aparılmalıdır. 


“Biz daha ucqar bölgələrdən, rayonlardan başlamalıyıq.  Bu istiqamətdə bizim ən böyük dəstəyimiz Kütləvi İnformasiyalar Vasitələridir. Biz Milli Məclisdə də təklif etdik ki, televizya kanalları bir neçə dəqiqəlik çox təsirli sosial çarxlar çəksinlər. Burada məişət zorakılığının nələrə gətirib çıxardığı öz əksini tapa bilər. Təəssüflər olsun ki, hələ də bu problem öz həllini tapmayıb”.
 
Sevinc Fətəliyeva deyib ki, uşaq, valideyin və ya ailə münasibətləri çərçivəsində zorakılıq hər yerdə, müxtəlif ölkələrdə və mədəniyyətlərdə mövcuddur. 


“Ailədə ən çox zorakılığa məruz qalan qadınlar və uşaqlardır. Zorakılıq (xüsusilə ailə zorakılığı) qlobal tendensiyaların əks olunmasıdır. Gərginlik, mənəviyyatsizlik, stress, ictimai iğtişaşlar,  savadsızlıq və ailə dəyərlərinin  itkisi... Bütün bunlar əsasən zorakılığın bəzi formalarının  ortaya çıxması üçün məhsuldar bir zəmindir. Bu problem əhalinin bütün sosial təbəqələri üçün xarakterikdir, lakin sosial cəhətdən  zəif ailələrdə daha tez-tez rast gəlinir. Məişət zorakılığına şahid olan uşaqlar və yeniyetmələr, gələcəkdə, həmin davranışları  öz ailələrində tətbiq edirlər və bu davranışın gender modelini yaradır”.
 
Deputat problemdən çıxış yolunu qadınların və uşaqların öz hüqüqlarını bilməsində, qadınların təhsildən yayınmamasında, yerlərdə psixoloji mərkəzlərin açılmasında ( hər hansı situasiyada qadınların  və uşaqların professional yardım ala bilməsi üçün) görür.


“Ailələrdə vəziyyətə nazərət, lazımı orqanlara müraciət etmək üçün köməkliyin göstərilməsinə görə sosial işçi inistitutuna ehtiyac var”. 


Xəbəri paylaş

5648 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___