Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Aprel şəhidinin ailəsi vaqonda yaşayır - “Bizi dilənçi vəziyyətinə saldılar”/ FOTOLAR
Tarix: 18-12-2017 | Saat: 13:22
Bölmə:M / Karusel / Gündəm / Foto-fakt | çapa göndər

Aprel döyüşləri vaxtı Seysulan istiqamətində şəhid olan Nazim Zəkərəyevin ailəsi acınacaqlı duruma düşüb. Dövlətdən verilən pensiyadan başqa gəliri olmayan və vaqonda yaşayan şəhid ailəsi Şamaxı rayon İcra Hakimiyyətindən narazılıq edir. Rayonda lazımsız əşya kimi bir qırağa atıldıqlarını deyən ailə üzvləri bildirir ki, üz tutduqları bütün qapılar üzünə qapadılır. Şəhid ailəsi çıxış yolu kimi məsələnin ictimailəşdirilməsini görüb. 

Şəhidimizin anası Şaxanım Zəkərəyeva redaksiyamızın yerləşdiyi 3-cü mərtəbəyə qalxana kimi təngnəfəs oldu, 5-6 dəfə dayandı, sonra məhəccərin köməkliyi ilə yuxarı qalxdı. 

"38 yaşım var, amma 5 pilləkanı qalxa bilmirəm. Oğlum şəhid olandan sonra xəstəlik tapmışam. Nəfəs ala bilmirəm, ürəyimdə problem var, ayaqlarım da ki, sözümə baxmır. Bu yaşımda 60 yaşlı adam kimi xəstəliklərdən əziyyət çəkirəm” - deyə Şaxanım Zəkərəyeva içəri daxil olan kimi hönkürməyə başladı. 
 


Zəkərəyevlar o ailədir ki, ötən il Dövlət Məşğulluq Xidməti kənd təsərrüfatı ilə məşğul olmaq üçün ailənin başçısı Nadir Zəkərəyevdən ingilis dili tələb edirdi. (BURADAN oxu)

Dərdlərini danışmağa elə Şaxanım Zəkərəyeva başladı. Şəhid anası deyir ki, oğlu şəhid olduqdan sonra evlərini satıblar, indi isə çay qırağında vaqonda yaşayırlar: "Bir evimiz var idi, oğlum şəhid olandan sonra xəstəlik tapdım. Müalicəm üçün bir qəpiyimiz yox idi deyə, evi satdıq. Müalicəmə xərclədik. Oğlum üçün verilən qan pulunu da elə yasa xərclədik. İcra hakimiyyəti bizə yas vermək üçün cüzi yardım eləmişdi. Gələn-gedənimiz həddən çox idi. İcra hakimiyyətinin elədiyi köməklə elə bircə məclis yola vermək oldu. Qalanının hamısını özümüz qan pulu ilə etdik. Evin pulundan qalanı da elə dolanmağa xərclədik. İndi vaqonda yaşayırıq. Satdığımız evdən qalan pulla mişar daşı alıb, vaqonun qıraq başına əl gəzdirib ev halına salmışıq. Nə qaz var, nə işıq... Acınacaqlı durumdayıq”.
 


Ailə başçısı Nadir Zəkərəyev  1 ildən çoxdur ki, əkin-biçinlə məşğul olmaq üçün icra hakimiyyətindən bir neçə sot torpaq istədiklərini, lakin ala bilmədiklərini əlavə edib: "Keçən il bələdiyyə torpaq vermişdi, əkib-biçirdik, dövlətin verdiyi 2 inək, 2 buzovu saxlayırdıq. Bir az da qoyunumuz var. Amma o müvəqqəti torpaq idi. Geri aldılar. İndi isə yenə icra hakimiyyətinə müraciət edirik, deyirik ki, əkib-biçmək üçün bizə bir az torpaq verin. Ölkə başçısı hər çıxışında şəhid ailələrinə diqqət yetirin deyir, amma bir ildir ki, bu aidiyyəti qurumlardan bizim səsimizi eşidən yoxdur. Elə bu qapıya göndərirlər, o qapıya göndərirlər”.
 


Şaxanım Zəkərəyeva yoldaşının sözünə qüvvət olaraq, "biz dilənçi deyilik, öz halal zəhmətimizlə işləyib, öz başımızı dolandırmaq istəyirik” deyir: "İcra hakimiyyətində Gülnisə Ələkbərova var (başçının müavini — İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri -red.), onun qəbulunda olduq. Dərdimizi dedik. Bildirdik ki, bizə bir neçə sot yer verin, əkin-biçinlə məşğul olaq. Başımızı dolandıraq. Evimiz də yoxdur qalmağa. Məndən soruşur ki, "sizin eviniz var, niyə satdınız”. Deyirəm müalicəmə pul lazım idi. Bizə deyir ki, torpağa görə qapımıza gəlib, şəhidlərin ruhunu narahat edirsiz, ayıb deyil sizin üçün? Özləri qayğı göstərməyəndə şəhidin ruhu narahat olmur, amma ailəsi bir tikə torpaq istəyəndə şəhid narahat olur”.

N. Zəkərəyev İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Sərdar Ömərovun da qəbulunda olduqlarını bildirib: "Sərdar müəllim icrada torpaq verilmə işlərinə baxır. Deyir torpaq yoxdur. Deyirəm necə olur axı bu boyda Şamaxıda torpaq yoxdur? Amma bir ucdan da Şamaxıda torpaq satırlar. Deməli satmağa torpaq var, amma şəhid ailəsinə verməyə yoxdur. 1000-2000 manat versəydim, mənə də torpaq verərdilər. Bələdiyyə 30 sot torpaq verib, çayın qırağındadır. Orada əkin-biçinlə məşğul olmaq olmur. Vaqonda yaşayırıq, gəlib deyən yoxdur ki, pəhləvan kimi balasını bu vətənin uğrunda şəhid verən ailə niyə belə acınacaqlı vəziyyətdə yaşayır? Sabah-biri gün oğlunun şəhid olmasının 2-ci ildönümüdür. Nə qədər adam gələcək. Biz onları harada qarşılayacağıq? Gələn deməz ki, bu nədir, şəhid ailəsi vaqonda qalır? Ölkə başçısı, birinci vitse-prezident hər zaman şəhid ailəsinə qayğı göstərir, prezident İlham Əliyev özü şəxsən şəhid ailələri ilə görüşür, onlara ev verir, yerlərdəki məmurlar isə şəhid ailələrinə artıq bir şey kimi baxırlar”.
 


Zəkərəyevlərin sözlərinə görə, rayonun Şəhriyar qəsəbəsində şəhid ailələri üçün 36 mənzilli bina tikilib, onlar ev növbəsinə yazılsa da, bu binadan onlara pay düşməyib: "Şamaxıda 28 şəhid ailəsi var, amma heç kim bizim vəziyyətimizdə deyil. Bir bizik, bir də digər şəhid Elşən Səmədovun ailəsi. Səlim Səmədov da eyni cür yaşayır. Yeni tikilmiş binadan ev istədik, dedilər ki, gələn dəfə tikiləcək binadan sizə mənzil verəcəyik. Buradan mənzil vermirlər, birdəfəlik müqavilə ilə torpaq istəyirik vermirlər, bəs biz nə edək? Elə bil ki, bizim övladımızın erməni öldürməsi, onların acığına gəlib. Övladım erməni öldürüb deyə, bunlar da bizi belə ac-yalavac qoyaraq acıq çıxırlar. Biz şəhid adından istifadə etmək istəmirik. Oğlum 1 il 9 aydır şəhid olub, biz heç vaxt bundan istifadə etməmişik. Eləmək fikrimiz də yoxdur. Sadəcə olaraq bizim vətəndaş kimi səsimizi eşidən, harayımıza hay verən olmadı deyə, məcbur olub şəhid ailəsi statusumuzdan çıxış edirik”.
 


Nadir Zəkərəyev daha bir ilginc məsələ barədə danışıb: "Uşaq şəhid olanda Rabitə və Texnologiyalar Nazirliyindən 7 mərasiminə gəlmişdilər. Nazirlik nümayəndəsi dedi ki, sizə iş verəcəyik, yas bitəndən sonra işə başlayarsınız. Bu vaxt orada İcra Hakmiyyətinin nümayəndəsi Ceyhun da var idi, dedi ki, ona iş vermək mənlikdir, mən düzüb-qoşacağam. Hüzürdən sonra getdim Ceyhunun yanına, dedim belə-belə, cavab verdi ki, iş yoxdur. Mən də kor-peşman qayıtdım geri. Nə imkan verdi nazirlikdə işə düzəlim, nə də özü bir iş verdi. Hər yerdən əlimiz üzülüb, indi də şəhid ailəsinə verməyə bir neçə sot yer tapılmır”.(bakupost)
 





Xəbəri paylaş

9678 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___