Azərbaycanda iki yeni hərbi zavod açılacaq
Tarix: 17-12-2017 | Saat: 11:21
Bölmə:M / Karusel / Gündəm | çapa göndər

"Bu ilin iyununda, Silahlı Qüvvələr günü ərəfəsində daha 2 istehsalat müəssisəsində kompleks tamamlanma işləri başa çatdırılıb və Ali Baş Komandan İlham Əliyevin iştirakı ilə istifadəyə verilib. Bununla da istifadəyə verilmiş istehsal müəssisələrinin sayı 58-ə çatdırılıb".
Bunu müdafiə sənayesi naziri Yavər Camalov "Azərbaycan" qəzetində işıq üzü görən "Azərbaycanın müdafiə sənayesi ən modern və mükəmməl inkişaf mərhələsindədir" məqaləsində yazıb.
Y. Camalov bildirib ki, həmin istehsal müəssisələri lazım olan müasir texnoloji avadanlıqlarla təchiz edilib və eləcə də inkişaf etmiş ölkələrin şirkət və firmalarından alınmış dəzgah, xüsusi cihaz və alətlərlə komplektləşdirilib: "Yaxın zamanlarda daha 2 zavodun - artilleriya və tank topları üçün müxtəlif çaplı mərmilərin isti ştamplanması və mexaniki emalı, həmin mərmilərin atəş yığımlarının gilizlərinin istehsalı zavodlarının açılışları nəzərdə tutulur. Eyni zamanda döyüş sursatlarının hazırlanmasında əsas komponent kimi istifadə olunan partlayıcı maddələr - piroksilin, ballistit barıtların, trotil və heksogen istehsalı üzrə zavodların, eləcə də müxtəlif çaplı artilleriya mərmiləri üçün 4 növ başlıq partladıcılarının və müxtəlif çaplı minaatan atəş yığımları üçün müasir növ tullayıcı barıt atımlarının istehsalı sahələrinin yaradılması işləri də davam etdirilir".
3418 dəfə oxunub.
Digər xəbərlər

18-12-2018, 09:50
"Fəlakət" ata oldu
4-04-2016, 15:39
Azərbaycanda dollar qəfil ucuzlaşdı (RƏSMİ)
16-07-2021, 10:51
Müğənni konsertdə qızlara təcavüz edirmiş - Sayları 14-ə çatır
13-02-2018, 17:04
Bakıda 250 min dollara it satılır: “Biri villa ilə barter təklif etdi, tibetli razılaşmadı…”
23-06-2016, 21:17
Qarabağda intihar edən əsgərin komandiri tutuldu
27-12-2015, 14:53
Azərbaycan Mərkəzi Bankı dollarla borcları olanlara kömək edə bilər
27-05-2019, 12:47
Bayıl sürüşmə zonasındakı evlərin hamısı söküləcək-QƏRAR
17-03-2018, 21:25
Prezident seçkilərində bu namizədlər mübarizə aparacaq - YEKUN SİYAHI
10-01-2017, 16:11
Bakıda polis polkovnikinin xanımı faciəvi şəkildə həyatını itirdi - FOTO
1-06-2018, 12:55
Bakı-Qazax yolunda sərnişin avtobusu aşdı - yaralılar var