Arvadını və dörd qızını öldürən manyak-qatil ilk və ən böyük cəzasını aldı-FOTO
Tarix: 09-12-2017 | Saat: 13:37
Bölmə:M / Karusel / Gündəm / Hadisə / Foto-fakt | çapa göndər
Salyanda 2014-cü ilin mart ayında həyat yoldaşı Mehparə Əliyevanı və dörd qızını xüsusi amansızlıqla qətlə yetirərək cəsədlərini yataq otağının zirzəmisində gizlətmiş manyak-qatil ilk və ən ağır cəzasını alıb.
Xəbəraz.Az xəbər verir ki, virtualaz.org saytının Şirvan bürosunun məlumatına görə, bu dünyada olduğu kimi, o dünyada da yaş sırası ilə analarının “yanına sığınmış” dörd qızın məzar nişanlarına atalarının əvəzinə əzabkeş anaları Mehparənin adı və qızlıq soyadı yazılıb. Əslində bu, günahsız qətlə yetirilən ana və dörd qızın onları öldürən “ailə başçısından” aldıqları ən böyük qisasdır...
Fakta bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 120.2.1. (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Dünən Salyan Rayon Məhkəməsində cinayəti törətməkdə şübhəli bilinən 63 yaşlı Fərhad Əliyev və cinayəti törətməkdə atasına yardım etməkdə şübhəli bilinən 28 yaşlı oğlu Fəqan Əliyev barəsində 4 aylıq həbs qəti-imkan tədbiri seçilib.
Bu gün isə hər iki təqsirləndirilən şəxs Bakı İstintaq Təcridxanasına köçürülüb.
Xəbəri paylaş
1 6448 dəfə oxunub.
Digər xəbərlər

21-08-2016, 11:48
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
15-05-2017, 14:32
"Anam deyir, azərbaycanlı qızla evlənməyin"- Suriyalı tələbə
11-02-2016, 09:55
“Günəşli”də yanğın tamamilə söndürüldü
1-12-2015, 08:19
Putin: "Türkmənlərin müdafiəsi bəhanədir"
23-03-2016, 16:17
Ata iki qızını doğradı
27-06-2018, 16:30
Nazirin Siyəzəndə qəbul vaxtı açıqlandı
16-09-2016, 23:30
Qoyunları velosipedlə kürəyində daşıyır - VİDEO
26-12-2020, 16:27
Türkiyə hərbçiləri Azərbaycana gəldi - Qarabağa görə
24-06-2021, 12:26
"Mənim kimi qızı olan atasına, anasına baxmalıdır" - Pərvindən açıqlama