Zakir Həsənov Litvanın baş naziri ilə görüşdü
Tarix: 02-07-2015 | Saat: 18:26
Bölmə:M / Karusel / Siyasət / M2 | çapa göndər
Azərbaycan Respublikasının Müdafiə naziri Litvanın Baş naziri ilə görüşüb.
Xeberaz.az XezerXeber.com-a saytına istinadən xəbər verir ki, iyulun 2-də Litva Respublikasında səfərdə olan Müdafiə naziri general-polkovnik Zakir Həsənov 1991-ci ildə keçmiş sovetlər birliyindən ayrılaraq Litvanın müstəqillik qazanması uğrunda mübarizədə şəhid olanların xatirəsinə ucaldılmış Müstəqillik abidəsini ziyarət edərək önünə əklil qoyub.
Sonra Müdafiə naziri general-polkovnik Zakir Həsənov Litva Respublikasının Baş naziri cənab Algirdas Butkeviçius ilə görüşüb.
Görüşdə hər iki ölkə arasında əlaqələrin bütün istiqamətlər üzrə müvəffəqiyyətlə inkişaf etdiyi vurğulanıb, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verilib.
İkitərəfli əməkdaşlıq sahəsində yaxşı təcrübənin mövcudluğunu qeyd edən Müdafiə naziri qarşılıqlı əlaqələrin genişləndirilməsinin ölkələrimiz üçün faydalı olduğunu xüsusi vurğulayıb.
Müdafiə naziri çıxışında bildirib: "Biz əminik ki, ölkələrimiz arasında məsləhətləşmələrin aparılması və əməkdaşlığın genişləndirilməsi Avrasiya məkanında sülhün və təhlükəsizliyin möhkəmləndirilməsinə öz töhfəsini verəcəkdir."
Tərəflər beynəlxalq terrorizm, ekstremizmin bütün növləri, təcavüzkar separatizm və digər bu kimi beynəlxalq təhlükəsizlik və sabitliyə təhlükə törədən ümumi təhdidləri pisləyib və onlara qarşı mübarizədə beynəlxalq səylərin artırılmasının zəruriliyini xüsusi qeyd ediblər.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılıb.
Xəbəri paylaş
5368 dəfə oxunub.
Digər xəbərlər

11-11-2016, 11:34
Xəzərdə itkin düşən neftçinin meyiti sudan çıxarıldı
9-05-2021, 10:45
Yağış, dolu, güclü külək - BU GÜNÜN HAVASI
18-05-2016, 17:26
“Ermənistan region üçün ciddi təhlükədir”
19-05-2016, 11:43
Röya Ayxan 15 nəfərin ölümündən yazdı
12-05-2015, 00:03
Bu Peşədə işləyənlər özlərini öldürməyə meyillidir
7-06-2022, 16:53
Prezident tapşırıq verdi, qanunsuz parkinq ləğv edildi
7-01-2016, 15:00
Azərbaycanın yaratdığı ən iri banka prezident seçilir